Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın keçmiş Baş naziri və sabiq xarici işlər
nazirini qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev mayın 31-də
İtaliya Respublikasının keçmiş Baş naziri və
sabiq xarici işlər naziri Lamberto Dinini qəbul etmişdir.
Görüşdə
II Ümumdünya Mədəniyyətlərarası Dialoq
Forumunun beynəlxalq əhəmiyyətindən
danışıldı, mədəniyyətlərarası və
sivilizasiyalararası dialoqun möhkəmləndirilməsində
forumun önəmi qeyd olundu.
Görüşdə,
həmçinin Azərbaycan ilə İtaliya arasında əlaqələrin
müxtəlif istiqamətlərdə, o cümlədən
iqtisadi, ticarət və digər sahələrdə uğurla
inkişaf etdiyi vurğulandı, bu əlaqələrin gələcəkdə
daha da inkişaf etdiriləcəyinə əminlik ifadə
olundu.
AzərTAc
Azərbaycan.-2013.- 1 iyun.- S.1.