Azərbaycan Prezidenti İlham Əliyev
Serbiyanın keçmiş
Prezidenti Boris Tadiçi qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 31-də Serbiya Respublikasının keçmiş Prezidenti Boris Tadiçi qəbul etmişdir.
Görüşdə II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun humanitar sahədə əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti vurğulandı, ölkəmizdə müxtəlif dinlərin və mədəniyyətlərin birgə yaşaması, mövcud olan yüksək tolerantlığın önəmi qeyd edildi.
Söhbət
zamanı Azərbaycan ilə Serbiya arasında ikitərəfli
münasibətlərin uğurla inkişaf etdiyi
vurğulandı, əlaqələrimizin bundan sonra daha da
möhkəmləndiriləcəyinə əminlik ifadə
olundu.
AzərTAc
Azərbaycan.-2013.- 1 iyun.- S.1.