Azərbaycan Prezidenti İlham Əliyev
Bolqarıstanın sabiq Prezidentini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 31-də Bolqarıstan Respublikasının sabiq Prezidenti Georgi Pırvanovu qəbul etmişdir.
Görüşdə II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun yüksək səviyyədə təşkil olunduğu və mühüm əhəmiyyət daşıdığı vurğulandı, tədbirdə dünyanın müxtəlif bölgələrindən, o cümlədən Balkan ölkələrindən yüksək səviyyəli nümayəndələrin iştirak etməsi foruma olan beynəlxalq marağının göstəricisi kimi dəyərləndirildi.
Söhbət
zamanı ölkələrimiz arasında ikitərəfli
münasibətlərin inkişafından məmnunluq ifadə
olundu, Azərbaycanın və Bolqarıstanın regional əməkdaşlığın
genişləndirilməsində əhəmiyyətli rolu qeyd
edildi.
AzərTAc
Azərbaycan.-2013.- 1 iyun.- S.1.