Azərbaycan Prezidenti İlham Əliyev Böyük
Britaniya Parlamentinin İcmalar Palatasının üzvü,
Britaniya-Azərbaycan parlamentlərarası qrupunun sədri
Kristofer Pinçerin başçılıq etdiyi nümayəndə
heyətini qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev mayın 31-də
Böyük Britaniya Parlamentinin İcmalar Palatasının
üzvü, Britaniya-Azərbaycan parlamentlərarası qrupunun
sədri Kristofer Pinçerin başçılıq etdiyi
nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyi vurğulandı, əməkdaşlığımızın siyasi, iqtisadi, enerji, birgə layihələrin həyata keçirilməsi, təhlükəsizlik, mədəniyyət və digər mühüm sahələri əhatə etdiyi bildirildi, ikitərəfli münasibətlərimizin daha da möhkəmləndirilməsində parlamentlərarası əməkdaşlığın əhəmiyyətli rolu qeyd olundu.
Görüşdə,
həmçinin Avropa İttifaqı və NATO əməkdaşlığına
dair məsələlər ətrafında fikir mübadiləsi
aparıldı.
AzərTAc
Azərbaycan.-2013.- 1 iyun.- S.1.