Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident!

 

İcazə verin, ilk növbədə, Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırım.

İnanıram ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ilə Azərbaycan Respublikası arasındakı əlaqələr daha da inkişaf edəcək və bütün Qara dəniz regionuna sabitlik və tərəqqi gətirməyə yönəlmiş bir çox maraqlı layihələrin həyata keçirilməsi ilə nəticələnəcəkdir. Bu da əməkdaşlığın bir çox vacib sahələrində ölkənizin potensialını üzə çıxarmağa töhfə verəcəkdir. Sizin rəhbərlik təcrübəniz Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ilə Azərbaycan Respublikası arasındakı münasibətlərdə vacib amil olacaqdır.

Cənab Prezident, fürsətdən istifadə edərək Sizə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayır, ən dərin ehtiramımı çatdırıram.

Dərin hörmətlə,

 

 

Viktor TSVİRKUN,

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi

 

Azərbaycan.-2013.- 1 iyun.- S.1.