Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri!

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Bosniya və Herseqovinanın Rəyasət Heyəti adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi çatdırmaq, ölkənizə davamlı çiçəklənmə arzulamaq mənim üçün şərəfdir.

Fürsətdən istifadə edərək əminliklə bildirirəm ki, Bosniya və Herseqovina ilə Azərbaycan Respublikası arasında dostluq əlaqələri xalqlarımızın mənafeyi və rifahı naminə gələcəkdə də inkişaf edəcəkdir.

Zati-aliləri, ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

 

 

Neboyşa RADMANOVİÇ,

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri

 

Azərbaycan.-2013.- 1 iyun.- S.2.