Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il  31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nda dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 94              Bakı şəhəri, 29 may 2013-cü il

 

 

"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 20 noyabr tarixli 470-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 19 dekabr tarixli 2616 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, ¹ 10, maddə 627; 2005, ¹ 7, maddə 678; 2006, ¹ 2, maddə 185, ¹ 4, maddə 378, ¹ 5, maddə 470, ¹ 9, maddə 819, ¹ 10, maddə 902; 2007, ¹ 5, maddə 546, ¹ 10, maddə 1026; 2008, ¹ 2, maddə 114; 2010, ¹ 7, maddə 700; 2011, ¹ 7, maddə 737; 2012, ¹ 2, maddə 178, ¹ 11, maddələr 1203, 1212, ¹ 12, maddə 1359) ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 5.9.4-cü yarımbəndin birinci və ikinci cümlələrində "qəbz" sözü "sənəd" sözü ilə əvəz edilsin;

1.2. 5.10.1-ci yarımbəndin ikinci abzasının birinci cümləsində "qəbz" sözü "sənəd" sözü ilə əvəz edilsin;

1.3. 5.11.1-ci yarımbənddə "qəbzi" sözü "sənədi" sözü ilə əvəz edilsin.

 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.-2013.- 2 iyun.- S. 3.