Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli
qərarı ilə təsdiq edilmiş
"Azərbaycan Respublikasında notariat hərəkətlərinin
aparılması qaydaları haqqında Təlimat"da dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 92 Bakı şəhəri,
29 may 2013-cü il
"Dövlət
rüsumu haqqında" Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan
Respublikasının 2012-ci il 20 noyabr tarixli 470-IVQD nömrəli
Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2012-ci il 19 dekabr tarixli 2616 nömrəli Sərəncamının
1.2-ci bəndinin icrasını təmin etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA
ALIR:
1. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2000, ¹ 9, maddə 693; 2001, ¹ 11, maddə 722;
2002, ¹ 3, maddə 148, ¹ 7, maddə 455, ¹ 10, maddə 635; 2003, ¹
10, maddə 629; 2005, ¹ 4, maddə 386, ¹ 6, maddə 534, ¹ 8, maddə
782, ¹ 10, maddə 977, ¹ 11, maddə 1061, ¹ 12, maddələr
1228, 1231; 2006, ¹ 3, maddə 297, ¹ 8, maddə 731, ¹ 9, maddə
830, ¹ 10, maddə 902, ¹ 11, maddə 994; 2008, ¹ 2, maddə 108, ¹
4, maddə 316, ¹ 8, maddə 787; 2009, ¹ 2, maddə 148, ¹ 10, maddələr
846, 849, ¹ 12, maddə 1079; 2010, ¹ 6, maddə 555; 2011, ¹ 10, maddə
971; 2012, ¹ 3, maddə 263, ¹ 5, maddələr 489, 495, ¹ 7, maddə
777, ¹ 11, maddə 1206, ¹ 12, maddə 1354) ilə təsdiq
edilmiş "Azərbaycan Respublikasında notariat hərəkətlərinin
aparılması qaydaları haqqında Təlimat"da
aşağıdakı dəyişikliklər edilsin:
1.1.
7-ci hissənin on dördüncü abzasının ikinci
cümləsində, 99-cu hissənin beşinci abzasında və
154-cü hissənin birinci abzasında "qəbz"
sözü "sənəd" sözü ilə əvəz
edilsin;
1.2.
113-cü hissənin ikinci cümləsi
aşağıdakı redaksiyada verilsin:
"Vergi
və ya rüsum tutulan əmlak barəsində şəhadətnamə
verilərkən, vergi idarəsindən arayış və ya
rüsumun ödənilməsi haqqında sənəd təqdim
olunur.".
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri
Azərbaycan.-2013.- 2 iyun.- S. 3.