"Notariat hərəkətlərinin
qeydi üçün
reyestrlərin, notariat şəhadətnamələrinin,
əqdlərdə və təsdiq edilən sənədlərdə
təsdiq qeydlərinin formalarının təsdiq edilməsi
haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 23 avqust tarixli 148 nömrəli
qərarında dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 91 Bakı şəhəri,
29 may 2013-cü il
"Dövlət
rüsumu haqqında" Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan
Respublikasının 2012-ci il 20 noyabr tarixli 470-IVQD nömrəli
Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2012-ci il 19 dekabr tarixli 2616 nömrəli Sərəncamının
1.2-ci bəndinin icrasını təmin etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA
ALIR:
1. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2000-ci il 23 avqust tarixli 148
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2000, ¹ 8, maddə 652; 2005, ¹ 8, maddə 782, ¹
12, maddə 1228; 2006, ¹ 2, maddə 203, ¹ 8, maddə 787) ilə təsdiq
edilmiş 24, 25, 24-x və 25-x nömrəli formalarda "qəbzlə"
sözü "sənədlə" sözü ilə əvəz
edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri
Azərbaycan.-2013.- 2 iyun.- S. 3.