Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 41 nömrəli qərarı ilə təsdiq edilmiş "Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 90              Bakı şəhəri, 29 may 2013-cü il

 

 

 

"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 20 noyabr tarixli 470-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 19 dekabr tarixli 2616 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 41 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 3, maddə 197; 2003, ¹ 6, maddə 342; 2006, ¹ 9, maddə 822, ¹11, maddə 989; 2008, ¹ 2, maddələr 116, 125, ¹ 9, maddə 853, ¹ 10, maddə 928; 2009, ¹ 6, maddə 491; 2010, ¹ 8, maddə 764; 2011, ¹ 6, maddə 566; 2012, ¹ 1, maddə 36, ¹ 5, maddə 488, ¹ 12, maddə 1352) ilə təsdiq edilmiş "Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.7-ci bəndə "plastik kart" sözlərindən sonra ", elektron ödəmə sistemləri" sözləri əlavə edilsin;

1.2. 3.10.4-cü yarımbənddə "qəbz" sözü "sənəd" sözü ilə əvəz edilsin.

 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.-2013.- 2 iyun.- S. 3.