Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu
il 15 mart tarixli 39 nömrəli qərarı
ilə təsdiq edilmiş "Mexaniki nəqliyyat vasitələrinin
və onların qoşqularının müəyyən
edilmiş qaydada dövlət qeydiyyatından
keçirilməsi və
dövlət qeydiyyatı
üzrə uçota
alınması haqqında
Əsasnamə"də dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 88 Bakı şəhəri,
29 may 2013-cü il
"Dövlət
rüsumu haqqında" Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan
Respublikasının 2012-ci il 20 noyabr tarixli 470-IVQD nömrəli
Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2012-ci il 19 dekabr tarixli 2616 nömrəli Sərəncamının
1.2-ci bəndinin icrasını təmin etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA
ALIR:
1. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1999, ¹ 3, maddə 195; 2001, ¹ 10, maddə 663;
2003, ¹ 6, maddə 342; 2006, ¹ 5, maddələr 463, 472, ¹ 9, maddə
822, ¹ 10, maddə 902, ¹ 11, maddə 989; 2008, ¹ 2, maddələr
116, 125, ¹ 8, maddə 782; 2009, ¹ 6, maddə 491; 2010, ¹ 8, maddə
764; 2011, ¹ 5, maddə 454; 2012, ¹ 2, maddə 185, ¹ 5, maddə 486)
ilə təsdiq edilmiş "Mexaniki nəqliyyat vasitələrinin
və onların qoşqularının müəyyən
edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi
və dövlət qeydiyyatı üzrə uçota
alınması haqqında Əsasnamə"də
aşağıdakı dəyişikliklər edilsin:
1.1.
1.9-cu bəndə "plastik kart" sözlərindən
sonra ", elektron ödəmə sistemləri" sözləri
əlavə edilsin;
1.2.
2.7-ci bəndin ikinci cümləsində, 2.8-ci bəndin
4-cü hissəsində və 6.3-cü bəndin 3-cü hissəsində
"qəbz" sözü "sənəd" sözü
ilə əvəz edilsin;
1.3. həmin əsasnaməyə 1 nömrəli əlavə - "Nəqliyyat vasitəsinin alqı-satqı Müqaviləsi"nin 5-ci hissəsində "qəbzlə" sözü "sənədlə və ya elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə ödənildikdə, müvafiq ödəmə sistemindən çıxarışla" sözləri ilə əvəz edilsin;
1.4.
həmin əsasnaməyə 2 nömrəli əlavə -
"Nəqliyyat vasitəsinin dəyişdirilməsi barədə
Müqavilə"nin 4-cü hissəsində "qəbzlə"
sözü "sənədlə və ya elektron ödəmə
sistemləri, o cümlədən internet vasitəsilə
ödənildikdə, müvafiq ödəmə sistemindən
çıxarışla" sözləri ilə əvəz
edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri
Azərbaycan.-2013.- 2 iyun.- S. 3.