Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci
il 24 iyun tarixli 102 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının
dəmir yolu müəssisələrində işçilərin İntizam
Nizamnaməsi"ndə dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 86 Bakı şəhəri,
24 may 2013-cü il
"Azərbaycan
Respublikasının Əmək Məcəlləsində dəyişiklik
edilməsi haqqında" Azərbaycan Respublikasının
2012-ci il 21 dekabr tarixli 525-IVQD nömrəli Qanununun tətbiqi
barədə" Azərbaycan Respublikası Prezidentinin
2013-cü il 4 fevral tarixli 2693 nömrəli Sərəncamının
1.2-ci bəndinin icrasını təmin etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA
ALIR:
1. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 iyun tarixli 102
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2011, ¹ 6, maddə 574) ilə təsdiq
edilmiş "Azərbaycan Respublikasının dəmir yolu
müəssisələrində işçilərin
İntizam Nizamnaməsi"nin 4.29-cu bəndinin birinci cümləsində
"bir ildən" sözləri "iki ildən"
sözləri ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri
Azərbaycan.-2013.- 2 iyun.- S. 3.