Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 19 may tarixli 51 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında seleksiya nailiyyətlərinə patent müəlliflik şəhadətnamələrinin verilməsi qaydaları haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 84              Bakı şəhəri, 24 may 2013-cü il

 

 

 

"Seleksiya nailiyyətləri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 1 fevral tarixli 551-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 7 mart tarixli 2773 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 19 may tarixli 51 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında seleksiya nailiyyətlərinə patent və müəlliflik şəhadətnamələrinin verilməsi qaydaları haqqında Əsasnamə"nin 11-ci hissəsinin dördüncü abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda beşinci və altıncı abzaslar əlavə edilsin:

"seleksiya nailiyyəti nümunəsinin Azərbaycan Respublikasının Milli Genbankında saxlanmağa qəbulu haqqında arayış;

 genetik pasport.".

 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.-2013.- 2 iyun.- S. 3.