«Ölkədən getmək, ölkəyə
gəlmək və pasportlar haqqında» Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə» Azərbaycan Respublikasının
2012-ci il 12 iyun tarixli 377-IVQD nömrəli Qanununun
tətbiqi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 17 iyul tarixli 686 nömrəli Fərmanında
dəyişiklik edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
"Ölkədən
getmək, ölkəyə gəlmək və pasportlar
haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə" Azərbaycan Respublikasının
2012-ci il 12 iyun tarixli 377-IVQD nömrəli Qanununun tətbiqi
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il
17 iyul tarixli 686 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 7, maddə
695) 1.8-ci bəndində "iyunun 1-dən" sözləri
"sentyabrın 1-dən" sözləri ilə əvəz
edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 may 2013-cü il
Azərbaycan.-2013.- 2 iyun.- S.1.