«Heydər Əliyev: Azərbaycan dilçiliyi və Azərbaycan dili»
mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir
Azərbaycan
Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik
İnstitutunun gənc alimlər şurası ümummilli lider Heydər Əliyevin
anadan olmasının 90-cı ildönümünə həsr
edilmiş "Heydər Əliyev: Azərbaycan dilçiliyi və
Azərbaycan dili" mövzusunda elmi-nəzəri konfrans
keçirmişdir.
İnstitutdan
AzərTAc-a bildirmişlər ki, konfransda müxtəlif elm və
təhsil müəssisələrini təmsil edən gənc
alimlər dilçiliyin müxtəlif istiqamətlərini əks
etdirən maraqlı məruzələrlə
çıxış etmişlər.
Qarşılıqlı
fikir mübadiləsi şəraitində keçən tədbirdə "Türkiyə türkcəsinin
xarici dil kimi tədrisində leksik adekvatlıq faktoruna istinada
dair", "Variantlılığın tipoloji təsnifi
haqqında", "Sintaktik
sinonimlik dil hadisəsi kimi", "Nəsimi dilinin
lüğət tərkibində isimlər", "Tərcümə
zamanı leksik vahidlərin yaradılmasında kalka yolu" və
digər mövzularda məruzələr dinlənilmiş, müzakirələr
aparılmışdır.
Sonra konfransın təşkilatçısı, AMEA Nəsimi adına Dilçilik
İnstitutunun gənc alimlər şurasının sədri,
filologiya üzrə fəlsəfə doktoru S.Əliyeva tədbirin
iştirakçılarına yeni nailiyyətlər
arzulamış, gələcəkdə
respublika və beynəlxalq elmi-nəzəri konfransların təşkilinin
planlaşdırıldığını qeyd etmişdir.
Azərbaycan.-2013.- 2 iyun.- S.5.