Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham
Əliyevə
Zati-aliləri!
Azərbaycan Respublikasının milli bayramı münasibətilə Şri-Lanka hökuməti və xalqı adından, şəxsən öz adımdan Zati-alinizə, Azərbaycan hökumətinə və xalqına ən xoş arzularımı, səmimi təbriklərimi çatdırmaqdan məmnunluq hissi duyuram.
Əminəm ki, qarşılıqlı anlaşmaya əsaslanan sıx, səmimi münasibətlərimiz və əməkdaşlığımız ölkələrimizin mənafeyi naminə daha da möhkəmlənəcəkdir.
Zati-aliləri,
xahiş edirəm Sizə möhkəm cansağlığı,
xoşbəxtlik, rifah, Azərbaycan xalqına isə davamlı
tərəqqi və çiçəklənmə diləyimi
qəbul edin.
Mahinda RACAPAKSA,
Şri-Lanka Demokratik Sosialist
Respublikasının Prezidenti
Azərbaycan.-2013.-
4 iyun.- S.1.