Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham
Əliyevə
Əziz İlham Heydər oğlu!
Sizi və bütün Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edirəm. Dövlətinizə firavanlıq və uğurlu inkişaf, Azərbaycan xalqına sülh və tərəqqi diləyirəm.
Son 20 ildə Azərbaycan Respublikasında müşahidə olunan müsbət dəyişikliklərin dinamikası və uzaq 1918-ci ildə qoyulmuş möhkəm təməl təkcə regionda deyil, həm də dünyada bir sıra ölkələr üçün nümunə olan müasir, inkişaf etmiş dövlətin mövcudluğunun qarantıdır. Azərbaycan Respublikasının uğurlu təşəkkülündə və mövcudluğunda bu dövlətin baniləri ilə yanaşı, onun səmərəli idarə olunmasını, habelə ölkənin sosial-iqtisadi və mədəni əsaslarının möhkəmlənməsi və inkişafı işində zəruri varisliyi təmin edən müasir rəhbərlər də böyük rol oynayır. Bununla əlaqədar, mübaliğəsiz deyə bilərəm ki, mənim müəllimim və dostum Heydər Əlirza oğlu Əliyevin Azərbaycanın dövlət quruculuğu işinə verdiyi töhfələr ən yüksək qiymətə layiqdir.
Əminəm ki, ölkənizin bundan sonrakı inkişaf yolu da uğurlu və dinamik, moldav və Azərbaycan xalqları arasında dostluq isə əbədi və sarsılmaz olacaqdır.
Hörmətli İlham Heydər oğlu, Sizə uğurlar, cansağlığı, Azərbaycan xalqının rifahı naminə bütün ideyalarınızın gerçəkləşməsini və yeni nailiyyətlər diləyirəm.
Hörmətlə,
Vladimir VORONİN,
Moldova Respublikasının sabiq
Prezidenti
Azərbaycan.-2013.- 4 iyun.- S.1.