Katindi NJONJO: Afrika Azərbaycan ilə istənilən sahədə, o cümlədən ticarət və turizm sahəsində yaxın əməkdaşlıq etməlidir

 

Bu, mənim Azərbaycana ilk səfərimdir. Burada olduqdan sonra deməliyəm ki, Afrika Azərbaycan ilə istənilən sahədə, o cümlədən ticarət və turizm sahəsində yaxın əməkdaşlıq etməlidir. Azərbaycan çox böyük imkanlara malik ölkədir. Bu sözləri Bakıda keçirilən Birinci Beynəlxalq Gələcək Forumunda iştirak edən keniyalı futurist Katindi Njonjo AzərTAc-a müsahibəsində demişdir.

Bakı Forumu ilə bağlı təəssüratlarını bölüşən xanım Katindi Njonjo burada neft iqtisadiyyatının inkişafı ilə bağlı səslənən fikirləri, bu sahədə aparılan müzakirələri yüksək qiymətləndirmişdir. "Bir çox ölkələr Şərqi Afrikada neft emalı ilə məşğul olduğuna görə orada da neft iqtisadiyyatı əsas müzakirə mövzusudur. Əminliklə deyə bilərəm ki, Azərbaycan bu sahədə çox böyük təcrübəyə malikdir və Şərqi Afrika bu təcrübədən çox şey öyrənə bilər", - deyə Katindi Njonjo vurğulamışdır.

 

Azərbaycan.-2013.- 4 iyun.- S.3.