Xarici mətbuat Azərbaycan haqqında

 

Azərbaycan dünyanın diqqət mərkəzindədir: son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf etmiş və dünyanın nüfuzlu ölkələrindən birinə çevrilmişdir;

Müxtəlif xalqların və millətlərin yaşadığı Azərbaycanda telorantlıq dünyaya nümunə göstərilir;

Azərbaycan yeraltı və yerüstü sərvətləri ilə dünyanın bolluq, bərəkət diyayına çevrilib;

Azərbaycan son illərdə əldə etdiyi nailiyyətlərə görə Cənubi Qafqazın lider dövləti hesab olunur;

Azərbaycan biznes, sənaye, ticarət, maliyyə, investisiyas. sahələrdəki uğurları ilə dünyanın adamlarını əməkdaşlığa dəvət üçün mesajları verir;

Azərbaycan idman, incəsənət, musiqi, mədəniyyət və digər bu kimi məsələlərdə ölkə gənclərinin əlindən tutub dünyanın ən böyük şəhərlərində, ən mötəbər tədbirlərində, yığıncaqlarında, ən ali məclislərində üçrəngli bayrağımızı yüksəklərə qaldırır;

Azərbaycan qədim tarixi abidələri, müasir gəzməli və görməli yerləri ilə turizm diyarına çevrilib;

Azərbaycanda MDB ölkələrindən fərqli olaraq dünya standartlarına cavab verən təhsil ocaqlarının, elm, mədəniyyət və səhiyyə müəssisələrinin sayı aybaay artmaqdadır;

Azərbaycan dünya azərbaycanlılarının və Azərbaycansevərlərin ümidinam yerinə dönüb.

Bu misalları davam etdirmək olar. Amma bir şeyi dünya ictimaiyyəti, iqtisadçılar, politoloqlar, xüsusilə, siyasət adamları bilməlidirlər ki, bütün bunların səbəbkarı banisi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev onun ölməz ideyalarıdır.

Böyük dövlətçilik təcrübəsinə malik Heydər Əliyevin titanik fəaliyyəti uzaqgörən siyasəti nəticəsində vətəndaş müharibəsindən, qarşıdurmalardan, xaos parçalanıb məhv olmaqla tarix səhnəsindən silinmək təhlükəsindən qurtaran Azərbaycan 20 ildir ki, müstəqill dövlət kimi ulu öndərin ideyaları əsasında yaşayır, inkişaf edir. 10 ildir ki, ulu öndərin siyasi kursunu cənab İlham Əliyev uğurla davam etdirir. Bu nailiyyətlər barədə indi dünyanın aparıcı kütləvi informasiya vasitələrində materiallar dərc edilir. Bu gün ölkəmizin uğurlu işlərindən söz açan, baş verən ictimai-siyasi hadisələrin obyektivliyinə işıq salan, qazanılan nailiyyətlərin elmi-siyasi əsaslarından, dövlət qayğılarından söhbət açan materiallar çoxdur. Bu məqalələrdə ölkə həyatının bütün sahələrində əldə olunan uğurlar beynəlxalq təşkilatların hesabatlarında, nüfuzlu sosioloji mərkəzlər tərəfindən vaxtaşırı keçirilən rəy sorğularında, eləcə jurnallarda təqdir olunur, respublikamızın davamlı inkişaf yolunda olduğu xüsusi vurğulanır. Prezident İlham Əliyevin fərman sərəncamlarının icrası istiqamətində həyata keçirilən tədbirlərlə bağlı çoxsaylı məqalələr dərc olunur. Məsələn, cari il aprel ayının sonlarında Böyük Britaniyanın məşhur "The Times" qəzetində saytında Azərbaycan Prezidenti İlham Əliyevin adı 2012-ci ildə dünyada diqqəti daha çox cəlb edən nüfuz sahibi sayılan 100 nəfərin siyahısına daxil edilmişdir. Qəzetin yazdığına görə, bu seçimə səbəb Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində Azərbaycanın dünyada ən sürətlə inkişaf edən ölkələr sırasında olmasıdır. Qəzetin reytinqinə siyasətçilərdən Azərbaycan Prezidenti ilə yanaşı, ABŞ Prezidenti Barak Obama, AFR Kansleri Angela Merkel, Böyük Btitaniyanın Baş naziri Devid Kemeron daxil edilmişdir.  Müstəqil şəkildə aparılmış sorğunun nəticələrinə əsasən, ümumilikdə respondentlər Azərbaycanın təhlükəsiz, uğurla inkişaf edən, güclü bir ölkə olduğu qənaətinə gəlmişlər.

Böyük Britaniyanın nüfuzlu "The Business Year" jurnalı isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi "İlin adamı" elan etmişdir. Ölkə başçısı "İlin adamı" mükafatına son beş ildə Azərbaycanın dinamik inkişafına, dünyanın geosiyasi məkanda iştirakına, BMT-nin Təhlükəsizlik Şurasının üzvü kimi qlobal arenada sülh təhlükəsizliyin təmin olunmasına, "Azərspase" ilk telekommunikasiya peykinin orbitə buraxılması ilə Azərbaycanda, bölgədə dünyada internetin, informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişafına verdiyi önəmli töhfələrə, habelə Azərbaycanın mühüm beynəlxalq ictimai, siyasi, iqtisadi, humanitar forumların, konfransların, idman yarışlarının keçirildiyi mərkəzə çevrilməsindəki xidmətlərinə görə layiq görülüb.

Böyük Britaniyanın nüfuzlu "Financial Times" qəzetində dərc edilmiş  məqalədə isə dövlət başçısı İlham Əliyevin ölkənin neft sənayesinin inkişafındakı xidmətləri önə çəkilməklə Azərbaycan iqtisadi cəhətdən "Dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biri" adlandırılmışdır. Məqalədə bildirilir ki, Prezident İlham Əliyevin bu sahəyə olan diqqət qayğısı sayəsində 2011-ci ilin sonunda Azərbaycanda kəşf edilmiş neft ehtiyatlarının həcmi 7 milyard barel olmuşdur. Bu isə dünya neft ehtiyatının 0,4 faizi deməkdir. Gündəlik hasilat 931 min barel təşkil etmişdir. Təbii qaz ehtiyatlarının həcmi isə 1,3 trilyon kubmetr ya dünya qaz ehtiyatlarının 0,6 faizi həcmində olmuşdur.

May ayının əvvəllərində ABŞ-ın nüfuzlu Forbes.com saytında Azərbaycan Prezidentinin rəhbərliyi altında ölkəmizdə dünya standartları səviyyəsində gedən tikinti-quruculuq işlərinə geniş yer verilib. "Bakı: 1500 yaşı olan ləl daşı inkişaf etmiş infrastrukturu, innovativ texnologiyaları müxtəlif müəssisələri ilə bərq vurur" sərlövhəli məqalə-reportajın müəllifi, "Wall Times" qəzetinin  investisiya aləmi mülkiyyətin idarə olunması üzrə güclü nüfuzlu eksperti  Hilları Kreymer bildirir: "Əsaslı geniş infrastruktur, texnoloji inkişaf yeniliklər son dörd ildə Azərbaycan Prezidenti İlham Əliyevin neft kapitalını böyük məharətlə insan kapitalına çevirə bilməsi sayəsində mümkün olmuşdur".

Azərbaycanda əlverişli investisiya mühitinin olduğunu vurğulayan müəllif qeyd edir ki, azərbaycanlıların qürur duyacaqları məqamlar çoxdur. Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvüdür. Azərbaycan "Forbes" siyahısında investorların hüquqlarının müdafiə edildiyi ölkə kimi 24-cü iqtisadiyyatının inkişaf etməkdə olduğu bir çox digər dövlətlərə xas olan qarmaqarışıqlığın qarşısını ala bilmək imkanına görə 15-ci yer tutur. Ümumiyyətlə, Azərbaycan "Forbes"in "İş üçün ən yaxşı ölkələr" adlı siyahısında 141 dövlətin sırasında 73-cü yerdədir. Bu siyahıda Azərbaycan Braziliya, Çin, Hindistan Rusiyanı geridə qoymuşdur.

İspaniyanın nüfuzlu "Diplomaia-Siglo XXI" jurnalının bu günlərdə işıq üzü görən sayı Azərbaycana həsr olunub. İspaniyanın dövlət ictimai qurumları, xaricdəki nümayəndəlikləri, aparıcı şirkətləri bu ölkədə akkreditə olunmuş səfirliklər tərəfindən böyük rəğbətlə qarşılanmış 68 səhifəlik bu jurnalda  ümummilli lider Heydər Əliyevin şərəfli həyat yolu fəaliyyəti, onun rəhbərliyi dövründə respublikamızın əldə etdiyi nailiyyətləri, ulu öndərin uğurlu siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən layiqincə həyata keçirilməsi,  ölkəmizin siyasəti, iqtisadiyyatı, mədəniyyəti s. barədə məlumatlar əksini tapmışdır. 

Türkiyə Cümhuriyyətinin nüfuzlu "Ekovitrin" jurnalı Prezidenti İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə qazanılan uğurların geniş şərhini verərək ölkə başçısının fəaliyyətini yüksək dəyərləndirib. Jurnal 270 min 982 respondentin iştirak etdiyi rəy sorğusuna əsasən Prezident İlham Əliyevi "10 ilin dövlət adamı" elan etmişdir. Ölkə başçısının səmərəli fəaliyyəti, qazandığı uğurlar barədə ətraflı məlumat verən jurnalda bildirilir ki, son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf etmiş dünyanın nüfuzlu ölkələrindən birinə çevrilmişdir. Dövlət başçısının daxili xarici siyasətinin uğurlu məqamlarından söhbət açan jurnal sorğu iştirakçılarına çoxminli oxucularına çatdırmışdır ki, Prezident İlham Əliyev əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın yeni neft strategiyasını uğurla həyata keçirir. Enerji resurslarının ixracının şaxələndirilməsində mühüm yer tutan Bakı-Tbilisi-Ceyhan neft Bakı-Tbilisi-Ərzurum qaz əsas ixrac boru kəmərlərinin tikintisi başa çatdırılmış, Azərbaycan nefti qazı dünya bazarına çıxarılmış ölkənin büdcəsinə milyardlarla dollar vəsait daxil olmağa başlamışdır.

Dövlət başçısı İlham Əliyev Azərbaycanın sosial-iqtisadi inkişafını siyasətinin başlıca istiqaməti kimi müəyyənləşdirmiş, qarşıya qoyulan məqsədlərə çatmaq üçün çoxsaylı dövlət proqramları təsdiqləmişdir. Azərbaycan iqtisadiyyatı şaxələndirilmiş, qeyri-enerji sektorunun sürətli inkişafı təmin edilmişdir. Son illər ölkənin sənaye, turizm, idman, bank fəaliyyəti, ticarət digər sahələrində ciddi irəliləyiş müşahidə olunmaqdadır. Hazırda Azərbaycan Dövlət Neft Fondunda 30 milyard dollardan artıq vəsait toplanmışdır. Ölkənin strateji valyuta ehtiyatları isə 46 milyard dollara çatmışdır.

Azərbaycan Prezidentinin rəhbərliyi altında iqtisadi inkişafın dayanıqlığından, neft kapitalının insan kapitalına uğurlu sərfindən, ölkədə aparılan genişmiqyaslı tikinti-quruculuq işləri demokratik mühitdən söhbət açan jurnal xalqımızın ürəyindən keçən bir istəyi türkiyəli oxuculara çatdırır: Azərbaycan xalqı Prezident İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirir. Növbəti dəfə Azərbaycan prezidentliyinə namizədliyini irəli sürməyə hazırlaşan İlham Əliyevi hamılıqla dəstəkləmək qərarındadırlar.E

Ümumilikdə ABŞ-ın "prweb.com" internet resursunda, Fransanın gündəlik nəşri olan regional "Qərbi Fransa" qəzetində, Böyük Britaniyanın "Amazon" internet saytında, "Vestnik Kavkaza" informasiya-analitik agentliyində, Monteneqronun "Pobjeda" qəzetində, Liviyanın "Libya əl-Vataniyyə" dövlət televiziyasında, eləcə də Gürcüstan, Latviya, İtaliya, Serbiya, Polşa, Macarıstan və diğər ölkələrin internet portallarında, digər xarici ölkələrin nüfuzlu qəzet və jurnallarında, dövlət və özəl televiziya kanallarında Azərbaycanın iqtisadi inkişafını və ümummilli lider Heydər Əliyevin siyasi kursunu qətiyyətlə irəli aparan Azərbaycan Prezidenti İlham Əliyevin ictimai-siyasi fəaliyyətini və ölkəyə rəbərliyini yüksək dəyərləndirən çoxsaylı material və məlumatlar verilib.

 

Azərbaycan.-2013.- 4 iyun.- S.7.