Azərbaycan ilə Türkiyə
arasında metrologiya sahəsində əməkdaşlığa dair anlaşma
memorandumu imzalanmışdır
İstanbulda
Azərbaycan Respublikasının Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsi
(SMPDK) ilə Türkiyənin Elmi və Texnoloji Araşdırma
Şurasının Milli Metrologiya İnstitutu (UME) arasında
anlaşma memorandumu imzalanmışdır.
SMPDK-dan AzərTAc-a bildirilmişdir ki, sənədi komitə
yanında Dövlət Metrologiya Xidmətinin rəisi Oktay
Abbasov və UME-nin direktoru vəzifəsini icra edən Fatih
Üstüner imzalamışlar.
Anlaşma Memorandumuna əsasən, hər iki ölkənin müvafiq qurumları metrologiya sahəsində elmi və texniki əməkdaşlığı davam etdirmək məqsədi ilə bu sahədə normativ-texniki sənədlərin hazırlanması, elmi-texniki bilik mübadiləsi və imkanların genişləndirilməsi, fiziki kəmiyyətlərin milli etalonlarının inkişafı, təkmilləşdirilməsi və s. istiqamətlərdə əməkdaşlıq edəcəklər.
Səfər
çərçivəsində SMPDK yanında Dövlət
Metrologiya Xidmətinin Bakıda tikilməkdə olan yeni
inzibati-laboratoriya binasının tikinti layihəsinin UME tərəfindən
metroloji ekspertizasının aparılması ilə
bağlı razılıq əldə olunmuşdur. Dövlət
Metrologiya Xidmətinin nümayəndələri UME-nin etalon
laboratoriyaları ilə də yaxından tanış
olmuşlar.
Azərbaycan.-2013.- 4 iyun.- S.7.