Azərbaycan Respublikası vətəndaşlarının
2013-cü il iyulun
1-dən 30-dək
müddətli həqiqi hərbi xidmətə
çağırılması
və müddətli həqiqi hərbi
xidmət hərbi qulluqçularının
ehtiyata
buraxılması haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə uyğun olaraq və Azərbaycan Respublikasının Silahlı Qüvvələrini və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələri şəxsi heyətlə komplektləşdirmək məqsədi ilə qərara alıram:
1. 1995-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1978-1994-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikasının vətəndaşları 2013-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılsınlar.
2.
"Hərbi vəzifə və hərbi xidmət
haqqında" Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində
nəzərdə tutulmuş xidmət müddətini
keçmiş müddətli həqiqi hərbi xidmət hərbi
qulluqçuları 2013-cü il iyulun 1-dən 30-dək ehtiyata
buraxılsınlar.
3. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu sərəncamın
icrası üçün qanunvericilikdə nəzərdə
tutulmuş tədbirləri görsün.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
4 iyun 2013-cü il
Azərbaycan.-2013.- 5 iyun.- S.1.