C.Ə.Əliyevin «Şərəf» ordeni ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında elmin inkişafında xidmətlərinə və ictimai-siyasi həyatda fəal iştirakına görə Cəlal Əlirza oğlu Əliyev "Şərəf" ordeni ilə təltif edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 3 iyun 2013-cü il

 

Azərbaycan.-2013.- 5 iyun.- S.3.