Azərbaycan Prezidenti İlham Əliyev ABŞ dövlət katibinin enerji siyasəti üzrə
müşavirini qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyunun 4-də
ABŞ dövlət katibinin enerji siyasəti üzrə
müşaviri Amos Hoksteyni qəbul etmişdir.
Görüşdə
ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar
Birləşmiş Ştatların Prezidenti Barak Obamanın məktubunu
dövlət başçısına təqdim etdi.
Prezident
İlham Əliyev ABŞ Prezidenti Barak Obamanın məktubuna
görə minnətdarlığını bildirdi.
Söhbətdə
XX Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft
kimyası sərgi və konfransının əhəmiyyəti
vurğulandı, Azərbaycan Respublikası ilə ABŞ
arasında tərəfdaşlıq əlaqələrinin
inkişafından məmnunluq ifadə olundu, ikitərəfli
münasibətlərimizin perspektivləri, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə
bağlı danışıqlar prosesi və digər məsələlər
ətrafında fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.-2013.- 5 iyun.- S.3.