Ekoloji sivilizasiya davamlı inkişafa xidmət edir

 

Ekologiya bütün zamanlarda insanın düzgün həyat tərzi keçirməsində, eləcə də  cəmiyyətin formalaşmasında və inkişafında böyük əhəmiyyət daşıyıb. Bu baxımdan ətraf mühitin çirklənməsi böyük fəsadlar yaradır. Ekologiyaya neqativ təsiri olan amillər sırasında qlobal iqlim dəyişmələri də problemlər yaradır və bu səbəbdən onlar dünya ictimaiyyətinin diqqət mərkəzindədir.

Son illərdə keçirilən bir çox toplantıların, o cümlədən dünya sammitlərinin həmin problemə həsr olunması onun fəsadlarının ciddiliyindən xəbər verir. Dünyanın müxtəlif regionlarında baş verən qasırğa və sellər, çay daşqınları, quraqlıq və leysan yağışları şəhər və kəndlərin infrastrukturlarına, sənaye və kənd təsərrüfatına olduqca böyük zərər vurur. Nəticədə insanların həyatı, ərzaq və ekoloji təhlükəsizlikləri üçün risklər yaranır. Beynəlxalq təşkilatlar, o cümlədən UNESCO həmin məsələyə xüsusi diqqət yetirir, mövcud istiqamətdə müxtəlif layihələr və tədbirlər reallaşdırır.

Ulu öndər Heydər Əliyev təbiətlə cəmiyyətin bir-birinə qarşılıqlı təsirini düzgün dəyərləndirmiş və demişdir: "Mən istəyirəm ki, hamınız təbiəti sevənlər olasınız". Ümummilli lider Heydər Əliyevin siyasətinin layiqli davamçısı Prezident İlham Əliyev respublika iqtisadiyyatının müxtəlif sahələrinin, o cümlədən ətraf mühitin mühafizəsi məqsədilə bir sıra sərəncam və fərmanlar imzalamış, qərarlar vermiş və bunların sayəsində xeyli genişmiqyaslı praktik işlər görülmüşdür. Sözügedən sənədlər sırasında "Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar ölkənin bəzi qanunvericilik aktlarına dəyşikliklər və əlavələr edilməsi barədə qanun da xüsusi əhəmiyyət kəsb edir.

Şübhə yoxdur ki, ətraf mühitin mühafizəsi və yaxşılaşdırılması davamlı inkişafın göstəricilərindəndir. İndi dünyanın bir çox yerlərində meşəsizləşmə ilə əlaqədar yaranmış vəziyyət böyük narahatlıqlar doğurur. Azərbaycanda isə bir çox ölkələrdən fərqli olaraq, son illərdə meşələrin sahələri artmaqdadır. Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş xüsusi dövlət proqramları çərçivəsində, eləcə də Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkədə milyonlarla ağac əkilib, meşələr və meşə zolaqları salınıb.

Azərbaycan zəngin təbii ehtiyatlara malikdir və ölkənin güclü insan potensialı var. Onların vəhdəti ölkədə davamlı inkişaf üçün olduqca əlverişli şərait yaradır. Ölkə gözəl torpaq-iqlim şəraitinə, zəngin florafaunaya, əlverişli coğrafi mövqeyə və böyük həcmdə neft, qaz və digər təbii ehtiyatlara malikdir. Bu təbii potensialın davamlı olması və insan potensialının inkişafı üçün istifadəsi ölkənin apardığı siyasətin vacib bir hissəsidir. Uğurla həyata keçirilən yeni neft strategiyası buna parlaq misaldır.

Digər beynəlxalq iqtisadi layihələr, o cümlədən nəqliyyat layihələri və ölkənin regionlarının inkişafına yönəldilmiş proqramlar da xüsusi əhəmiyyət daşıyır. Həmin layihələr iqtisadi artımla yanaşı, həm də ölkənin davamlı inkişafı üçün vacib olan yeni bilik və texnologiyaların ölkəyə gətirilməsinə, bu sahədə insan potensialının formalaşmasına xidmət edir.

Azərbaycan hökumətinin və Heydər Əliyev Fondunun ölkədə insan potensialının formalaşması istiqamətində həyata keçirdiyi siyasət - "Yeniləşmiş Azərbaycana yeni məktəb" layihəsi, gənclərin xaricdə təhsil almaları üçün şəraitin yaradılması, siyasiiqtisadi uzaqgörənliklə həyata keçirilən digər tədbirlər davamlı inkişafın sürətlənməsinə xidmət edir. Sağlamlıq göstəriciləri də davamlı inkişafbu məqsədə xidmət edən insan potensialının formalaşmasının vacib şərtidir. Ölkənin bütün bölgələrində olimpiya və digər yeni idman komplekslərinin, müasir tibb ocaqlarının yaradılması vahid bir məqsədə xidmət edir. Bu istiqamətdə aparılan ardıcıl siyasət eyni zamanda cəmiyyətin yeni inkişaf mərhələsinə keçmək üçün zəmin yaradır.

Lakin dünyada iqlim dəyişmələrinin qarşısının alınması və Yer kürəsində uzunmüddətli ekoloji sabitliyin yaranması üçün bu gün prioritet hesab edilən davamlı inkişaf prinsiplərinin tətbiqi kifayət deyil. Davamlı inkişaf bugünkü iqlim dəyişmələri ilə əlaqədar problemlərin aradan qaldırılması üçün çox önəmlidir. Bununla belə, davamlı inkişaf ekoloji baxımdan daha yüksək pilləyə qalxmaq üçün bir mərhələdir. Tamamilə aydındır ki, insan sivilizasiyası yeni səviyyəyə qalxmalıdır və bu səviyyə ekoloji sivilizasiyadır.

Ekoloji sivilizasiyanın əsasında bir-birini tamamlayan iki prinsip dayanır. Onlardan biri çox güman ki, birincisi insanların həyat tərzidir. Məlum olduğu kimi, sənaye, kənd təsərrüfatı, nəqliyyat, xidmət sahələrində aparılan işlər insanların tələblərini ödəməyə yönəldilir. Deməli, istehsalatın həcmi, sərf olunan təbii ehtiyatların miqdarı müvafiq olaraq əmələ gələn tullantıların həcmi ətraf mühitə, o cümlədən iqlim dəyişmələrinə göstərilən təsirlər öz növbəsində iki amildən asılıdır. Onların biri əhalinin sayıdır.

Yer kürəsində əhalinin sayı sürətlə artmaqdadır. Bizim eranın əvvəlində dünya əhalisinin sayı 230 milyon olduğu halda, XXI əsrin əvvəlində bu rəqəm 1,6 milyarda çatmışdır. BMT-nin Əhali Fondunun məlumatlarına görə, 2010-cu ildə dünya əhalisinin sayı 6,8 milyardı keçmişdir 2050-ci ildə bu rəqəm 9,1 milyardı aşacaq. Hindistan, Braziliya, Meksika, Misir, İndoneziya əhalisi ən böyük sürətlə artan ölkələrdir. 1900-cü ildə Azərbaycanda əhalinin sayı 1,7 milyon idi. Hazırda ölkə əhalisinin sayı 9 milyon 384 mindən çoxdur.

Əhalinin sayı ilə yanaşı, istehsalın həcminə müvafiq olaraq təbii ehtiyatların istifadəsinə əmələ gələn tullantılara insanların istehlak səviyyəsi, istehlak mədəniyyəti təsir göstərir. İstehlak mədəniyyətinin yüksək səviyyədə olmaması, israfçılıq, istehlakda qeyri-bərabərlik istehsalatın həcmini, tullantıların miqdarını artırır iqlim dəyişməsi üçün zəmin yaradır. Buna görə onun qarşısını ala bilən həyat tərzinin istehlak mədəniyyətinin formalaşması ekoloji sivilizasiyanın vacib şərtidir.

Bəzi hallarda cəmiyyətin texnoloji yolla inkişafı ətraf təbii mühiti pozduğuna, iqlim dəyişmələrini gücləndirdiyinə görə mənfi amil kimi qələmə verilir. Fikrimizcə, belə düşünmək yanlışlıqdır. Nəzərə almaq lazımdır ki, məhz elmi-texniki tərəqqi nəticəsində insan bir çox nailiyyətlər əldə etmişdir. Bu nailiyyətlər sırasında ən əsasları yüksək keyfiyyətli təhsil almaq, elmi biliklərin toplanması yayılması üçün imkanların yaradılması, rabitə nəqliyyatın inkişafı, bunun nəticəsində məlumatların alınması ötürülməsi sahəsindəki uğurlar, cəmiyyətin demokratik yolla inkişafı, əhalinin qərar qəbuletmə proseslərində geniş iştirakının təmin edilməsidir.

İnsanın uzun ömür sürmək potensialının reallaşdırılması ən əhəmiyyətli nailiyyətlərdəndir. XX əsrin əvvəllərində Avropanın inkişaf etmiş ölkələrində əhalinin orta yaşı 41 il idi. Yüz il sonra, XXI əsrin əvvəlində bu rəqəm az qala 2 dəfə artdı hazırda 80 yaşdan çoxdur. Lakin insanın uzunömürlülük potensialı bundan da xeyli artıqdır. Bu səbəbdən orta yaşın daha da artma imkanları kifayət qədər böyükdür. Bu nailiyyətin əldə edilməsində ekoloji sivilizasiyanın tələblərinə cavab verən həyat tərzinin, yeni istehlak mədəniyyətinin, o cümlədən orta yaşı uzatmaq potensialına malik antimutagenlərin istehlakını göstərmək olar.

Ekoloji sivilizasiya eyni zamanda istehlak cəmiyyətindən mədəni, ekosivil istehlak cəmiyyətinə keçid deməkdir. "Yaşıl" həyat tərzi iqlim dəyişmələrinin qarşısının alınmasının real yoludur. Beləliklə, ekoloji sivilizasiya cəmiyyətində istehlak mədəniyyəti eyni zamanda elə bir "yaşıl" həyat tərzidir ki, o həm çağdaş, həm gələcək nəsillərin uzun, sağlam yaradıcı ömür sürməsi üçün imkan yaradır.

Ekoloji sivilizasiyanın əsasında ilk növbədə insanların həyatının ekoloji tələblərə uyğunlaşdırılması dayanır. Lakin həyat tərzi ilə yanaşı, insanın fəaliyyəti ekoloji tələblərə uyğunlaşmalıdır. Bu isə "yaşıl" iqtisadiyyata keçidi tələb edir.

Ekoloji sivilizasiyanın vacib elementi olan "yaşıl" iqtisadiyyatın müxtəlif tərifləri məlumdur. Bərpa olunan enerjinin istehsalı, ətraf mühitin mühafizəsi yaxşılaşdırılması ilə əlaqədar hər hansı fəaliyyət, ekologiyaya uyğunlaşdırılmış aqrosfera, orqanik kənd təsərrüfatı, "yaşıl" inşaat yaşıl iqtisadiyyatın istiqamətləridir. Ekoloji sivilizasiyanın "yaşıl" iqtisadiyyatın əsas prioritetlərindən biri təbii ehtiyatlardan enerjidən daha səmərəli istifadə etməkdir.

Ekoloji sivilizasiya hər bir iqlim-torpaq şəraitinə uyğun bitki çeşidlərindən heyvan cinslərindən istifadə olunmasını nəzərdə tutur. Prinsip ondadır ki, bitki ya heyvan mühitə, yəni subyekt obyektə uyğunlaşdırılmalıdır. Hazırda istifadə olunan intensiv texnologiyaların çoxu əksinə fəaliyyət göstərir. Məsələn, torpaq bitkiyə uyğunlaşdırılır bir çox hallarda prosesə külli miqdarda enerji digər resurslar sərf edilir. İqtisadi baxımdan bu, hazırda əlverişli olsa da, uzunmüddətli uğurlu inkişaf baxımından tam perspektivsizdir.

Ətraf mühitin mühafizəsi iqlim dəyişmələrinin təsirlərinin azaldılmasına "yaşıl" inşaat da təsir göstərə bilər. "Yaşıl" inşaat bina qurğuların tikintisi istismarı zamanı enerji digər materialların istifadəsinin azaldılmasını nəzərdə tutur. Eyni zamanda bu yanaşma tikililərin keyfiyyətinin, istismar müddətinin artmasını, komfortun yüksəlməsini təmin etməlidir. Statistik məlumatlara görə, hazırda dünyada 2,5 milyon "yaşıl" yerləri mövcuddur.

Ekoloji sivilizasiya iqlim dəyişmələrinin qarşısının alınmasını və ətraf mühitin sağlamlığını təmin edən ən real və effektiv yoldur. Ətraf mühitin keyfiyyətinin idarə olunması, iqlim dəyişmələrinin qarşısının alınması və yaxud təsirinin azaldılması üçün ümumi ekoloji proseslərlə yanaşı, iqlim haqqında məlumatlarla tanış olmaq vacibdir. Yeni ekoloji qanunlar əsasında qurulmuş cəmiyyətin formalaşmasında medianın rolu olduqca böyükdür. Əhali arasında ekoloji mədəniyyətin formalaşması məqsədilə təbliğatın gücləndirilməsi, orta ümumtəhsil məktəblərində ekologiya və ətraf mühitin mühafizəsi ilə bağlı tədris saatlarının artırılması da dövlətimizin yürütdüyü siyasətin tərkib hissəsidir.

 

 

Mətanət ZEYNALOVA,

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin Arxiv fondunun istifadəsi şöbəsinin məsləhətçi-arxivçisi

 

Azərbaycan.-2013.- 5 iyun.- S.9.