Azərbaycan Prezidenti İlham Əliyev
Ukraynanın Milli Təhlükəsizlik
və Müdafiə Şurasının katibini qəbul
etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 5-də Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Andrey Klüyevi qəbul etmişdir.
Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Andrey Klüyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə Ukraynada çap olunmuş kitabı dövlət başçısına təqdim etdi.
Azərbaycanın inkişafında və Azərbaycan-Ukrayna ikitərəfli əlaqələrinin möhkəmləndirilməsində ulu öndərin xidmətləri ehtiramla xatırlandı.
Görüşdə
Azərbaycan ilə Ukrayna arasında ikitərəfli
münasibətlərin müxtəlif sahələrdə
uğurla inkişaf etdiyi vurğulandı, əlaqələrimizin
bundan sonra da genişlənəcəyinə əminlik ifadə
olundu.
AzərTAc
Azərbaycan.-2013.- 6 iyun.- S.1.