«Dairə seçki
komissiyasının formalaşdırılması qaydaları
haqqında Təlimat»ın təsdiq edilməsinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
Qərar ¹5/21
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 9 avqust 2008-ci il tarixli 10/49-1 saylı qərarı ilə təsdiq edilmiş "Dairə seçki komissiyalarının formalaşdırılması qaydaları haqqında Təlimat"ın struktur elementlərinin "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun 30-cu maddəsinə uyğunlaşdırılması, həmin Təlimatla tənzimlənən münasibətlərin daha da təkmil nizama salınması üçün eyni adlı normativ xarakterli aktın təsdiq edilməsi yolu ilə qüvvədən düşmüş hesab edilməlidir.
Bundan başqa, Mərkəzi Seçki Komissiyası tərəfindən öz səlahiyyətləri daxilində həmin Təlimatın rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi təmin olunmalıdır.
Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun 78.2-ci və 78.3-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qərara alır:
1. "Dairə seçki komissiyasının formalaşdırılması qaydaları haqqında Təlimat" təsdiq edilsin (əlavə olunur).
2. Bu təlimat qüvvəyə mindiyi gündən Mərkəzi Seçki Komissiyasının 9 avqust 2008-ci il tarixli 10/49-1 saylı qərarı ilə təsdiq edilmiş "Dairə seçki komissiyalarının formalaşdırılması qaydaları haqqında Təlimat" qüvvədən düşmüş hesab edilsin.
3. Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində təsdiq edilmiş Təlimatın rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etsin.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
05.06.2013
Azərbaycan.-2013.- 6 iyun.- S. 5.