«Azərbaycan Respublikasında keçirilən
seçkilərdə (referendumda) seçki bülletenlərinin (referendum
üzrə səsvermə bülletenlərinin), dairə və
məntəqə seçki
komissiyalarının səsvermə protokollarının və
səsvermə üçün
qeydiyyatdançıxma (səsvermə) vəsiqələrinin
hazırlanması və müvafiq seçki komissiyalarına verilməsi
qaydaları haqqında Təlimat»ın təsdiq edilməsinə
dair Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının Qərarı
Qərar ¹5/30
Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının
18 iyul 2008-ci il tarixli 7/27-5 saylı qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında
keçirilən seçkilərdə
(referendumda) seçki
bülletenlərinin (referendum üzrə səsvermə
bülletenlərinin), dairə
və məntəqə
seçki komissiyalarının
səsvermə protokollarının
və səsvermə üçün qeydiyyatdançıxma
(səsvermə) vəsiqələrinin
hazırlanması və
müvafiq seçki komissiyalarına verilməsi
qaydaları haqqında
Təlimat"ın struktur
elementlərinin "Normativ
hüquqi aktlar haqqında" Azərbaycan
Respublikasının Konstitusiya
Qanununun 30-cu maddəsinə
uyğunlaşdırılması, həmin Təlimatla tənzimlənən münasibətlərin
daha da təkmil
nizama salınması üçün eyni adlı normativ xarakterli aktın təsdiq edilməsi yolu ilə qüvvədən
düşmüş hesab
edilməlidir.
Bundan başqa, Mərkəzi Seçki Komissiyası tərəfindən öz səlahiyyətləri daxilində həmin Təlimatın rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi təmin olunmalıdır.
Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun 78.2-ci və 78.3-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qərara alır:
1.
"Azərbaycan Respublikasında keçirilən seçkilərdə
(referendumda) seçki bülletenlərinin (referendum üzrə
səsvermə bülletenlərinin), dairə və məntəqə
seçki komissiyalarının səsvermə
protokollarının və səsvermə üçün
qeydiyyatdançıxma (səsvermə) vəsiqələrinin
hazırlanması və müvafiq seçki komissiyalarına
verilməsi qaydaları haqqında Təlimat" təsdiq
edilsin (əlavə olunur).
2. Bu
təlimat qüvvəyə mindiyi gündən Mərkəzi
Seçki Komissiyasının 18 iyul 2008-ci il tarixli 7/27-5
saylı qərarı ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasında keçirilən seçkilərdə
(referendumda) seçki bülletenlərinin (referendum üzrə
səsvermə bülletenlərinin), dairə və məntəqə
seçki komissiyalarının səsvermə
protokollarının və səsvermə üçün
qeydiyyatdançıxma (səsvermə) vəsiqələrinin
hazırlanması və müvafiq seçki komissiyalarına
verilməsi qaydaları haqqında Təlimat" qüvvədən
düşmüş hesab edilsin.
3. Mərkəzi
Seçki Komissiyası öz səlahiyyətləri daxilində
təsdiq edilmiş Təlimatın rəsmi dərc edilməsi
və qüvvəyə minməsi ilə bağlı
qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin
görülməsini təmin etsin.
Sədr Məzahir Pənahov
Katib
Arifə Muxtarova
Katib
Mikayıl Rəhimov
05.06.2013
Azərbaycan.-2013.- 6 iyun.- S. 5.