«Seçki məntəqələrində veb-kameraların quraşdırılması və istifadəsinə dair Qaydalar»ın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar ¹5/31

 

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 8 oktyabr 2008-ci il tarixli 27/132 saylı qərarı ilə təsdiq edilmiş "Seçki məntəqələrində veb-kameraların quraşdırılması və istifadəsi Qaydaları"nın struktur elementlərinin "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun 30-cu maddəsinə uyğunlaşdırılması, həmin qaydalarla tənzimlənən münasibətlərin daha da təkmil nizama salınması üçün eyni adlı normativ xarakterli aktın təsdiq edilməsi yolu ilə qüvvədən düşmüş hesab edilməlidir.

Bundan başqa, Mərkəzi Seçki Komissiyası tərəfindən öz səlahiyyətləri daxilində həmin qaydaların rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi təmin olunmalıdır.

Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun 78.2-ci və 78.3-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq  qərara alır:

1. "Seçki məntəqələrində veb-kameraların quraşdırılması və istifadəsinə dair Qaydalar" təsdiq edilsin (əlavə olunur).

2. Bu qaydalar qüvvəyə mindiyi gündən Mərkəzi Seçki Komissiyasının 8 oktyabr 2008-ci il tarixli 27/132 saylı qərarı ilə təsdiq edilmiş "Seçki məntəqələrində veb-kameraların quraşdırılması və istifadəsi Qaydaları" qüvvədən düşmüş hesab edilsin.

3. Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində təsdiq edilmiş qaydaların rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etsin.

 

 

Sədr        Məzahir Pənahov

Katib       Arifə Muxtarova

Katib       Mikayıl Rəhimov

 

05.06.2013

 

Azərbaycan.-2013.- 6 iyun.- S. 6.