«Dairə və məntəqə
seçki komissiyalarının üzvlərinə əmək
haqlarının ödənilməsi qaydaları haqqında Təlimat»ın
təsdiq edilməsinə dair Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının Qərarı
Qərar ¹5/26
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 27 iyun 2003-cü il tarixli 4/28 saylı qərarı ilə təsdiq edilmiş "Dairə və məntəqə seçki komissiyalarının üzvlərinə əmək haqlarının ödənilməsi qaydaları haqqında Təlimat"ın struktur elementlərinin "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun 30-cu maddəsinə uyğunlaşdırılması, həmin Təlimatla tənzimlənən münasibətlərin daha da təkmil nizama salınması üçün eyni adlı normativ xarakterli aktın təsdiq edilməsi yolu ilə qüvvədən düşmüş hesab edilməlidir.
Bundan başqa, Mərkəzi Seçki Komissiyası tərəfindən öz səlahiyyətləri daxilində həmin Təlimatın rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi təmin olunmalıdır.
Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun 78.2-ci və 78.3-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qərara alır:
1. "Dairə və məntəqə seçki komissiyalarının üzvlərinə əmək haqlarının ödənilməsi qaydaları haqqında Təlimat" təsdiq edilsin (əlavə olunur).
2. Bu Təlimat qüvvəyə mindiyi gündən Mərkəzi Seçki Komissiyasının 27 iyun 2003-cü il tarixli 4/28 saylı qərarı ilə təsdiq edilmiş "Dairə və məntəqə seçki komissiyalarının üzvlərinə əmək haqlarının ödənilməsi qaydaları haqqında Təlimat" qüvvədən düşmüş hesab edilsin.
3. Mərkəzi
Seçki Komissiyası öz səlahiyyətləri daxilində
təsdiq edilmiş Təlimatın rəsmi dərc edilməsi
və qüvvəyə minməsi ilə bağlı
qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin
görülməsini təmin etsin.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
05.06.2013
Azərbaycan.-2013.- 6 iyun.- S. 5.