İqtisadi inkişaf naziri Tovuzda vətəndaşları qəbul etmişdir

 

İqtisadi inkişaf naziri Şahin Mustafayev Tovuz şəhərində Ağstafa, Qazax, Şəmkir, Gədəbəy və Tovuz rayonlarından olan vətəndaşları qəbul etmişdir. Qəbula gələnlər əsasən güzəştli kreditlərin verilməsi, sahibkarlıq fəaliyyəti, sahibkarların hüquqlarının müdafiəsi, işə qəbul və s. məsələlərlə bağlı müraciət etmişlər.

Vətəndaşların müraciətləri, şikayət və təklifləri nazir Şahin Mustafayev tərəfindən diqqətlə dinlənilmiş, qaldırılan məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün nazirliyin qəbulda iştirak edən məsul işçilərinə tapşırıqlar verilmişdir. Qəbulda səsləndirilən və bölgə vətəndaşlarını narahat edən bir sıra məsələlər yerindəcə həll edilmiş, digər müraciətlərin hərtərəfli araşdırılacağı bildirilmişdir. İqtisadi İnkişaf Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınmışdır.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2013-cü il iyun ayı üzrə şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq iqtisadi inkişaf nazirinin növbəti qəbulu iyunun 8-də Oğuzda keçiriləcək və nazir Şahin Mustafayev Şəki, Qəbələ, Qax, Balakən, Zaqatala və Oğuz rayonlarından olan vətəndaşları qəbul edəcək.

 

Azərbaycan.-2013.- 6 iyun.- S. 6.