Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın keçmiş xarici işlər nazirini
qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyunun 6-da
Almaniyanın keçmiş xarici işlər naziri Hans-Ditrix
Genşeri qəbul etmişdir.
Görüşdə
Azərbaycan ilə Almaniya arasında ikitərəfli
münasibətlərin müxtəlif istiqamətlərdə,
o cümlədən siyasi, iqtisadi, sənaye, humanitar və digər
sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, əməkdaşlığımızın
bundan sonra da genişləndirilməsi üçün
yaxşı potensialın olduğu bildirildi.
Söhbət
zamanı ikitərəfli münasibətlər, enerji təhlükəsizliyi
və digər məsələlər ətrafında fikir
mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.-2013.- 7 iyun.- S.1.