Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli Prezident!

 

Azərbaycan Respublikasının milli bayramı - Respublika Günü münasibətilə Sizə Mavritaniya xalqı və hökuməti adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq hissi duyuram. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah arzulayıram.

Dost xalqlarımızın müştərək mənafeyi naminə ölkələrimiz arasında özünəməxsus əməkdaşlıq əlaqələrinin gücləndirilməsi istiqamətində Sizinlə işi davam etdirməkdə maraqlı olduğumuzu vurğulayıram.

Zati-aliləri, dostum və qardaşım, hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Qardaşınız,

 

 

Məhəmməd Vələd ƏBDÜLƏZİZ,

Mavritaniya İslam Respublikasının Prezidenti

 

Azərbaycan.-2013.- 7 iyun.- S.1.