«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə»
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
16-cı bəndini rəhbər tutaraq qərara alır:
"Əmək
pensiyaları haqqında" Azərbaycan Respublikasının
Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2006, ¹ 3, maddə 208, ¹ 12, maddə 1019; 2007, ¹ 12, maddə 1194;
2008, ¹ 4, maddə 254, ¹ 6, maddə 464, ¹ 7, maddə 602, ¹ 8, maddələr
699, 710; 2009, ¹ 6, maddələr 395, 399, ¹ 11, maddələr 877,
879; 2010, ¹ 7, maddə 579; 2011, ¹ 4, maddə 267, ¹ 6, maddə 465,
¹ 7, maddə 597, ¹ 12, maddə 1109; 2012, ¹ 11, maddələr
1037, 1044; Azərbaycan Respublikasının 2013-cü il 22 fevral
tarixli 573-IVQD nömrəli qanunu) aşağıdakı dəyişikliklər
edilsin:
1.
30.1-ci maddəyə aşağıdakı məzmunda ikinci
cümlə əlavə edilsin:
"Xaricdə
daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının
əmək pensiyasının təyinatı
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
aparılır.".
2.
31.2-ci maddəyə aşağıdakı məzmunda cümlə
əlavə edilsin:
"Xaricdə
daimi yaşayan Azərbaycan
Respublikası vətəndaşlarının ərizələri
və siyahısı əmək pensiyasını təyin edən
orqan tərəfindən müəyyən edilmiş sənədləri onların
konsulluq uçotunda olduqları Azərbaycan
Respublikasının diplomatik
nümayəndəlikləri və ya konsulluqları vasitəsi
ilə müvafiq icra hakimiyyəti orqanına təqdim
edilir.".
3.
31.4-cü maddədə "ərizəçiyə"
sözündən sonra "(xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarına
onların konsulluq uçotunda olduqları Azərbaycan
Respublikasının diplomatik nümayəndəlikləri və
ya konsulluqları vasitəsi ilə)" sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 24 may 2013-cü
il
Azərbaycan.-2013.- 7 iyun.- S.1.