Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

 

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000,  ¹ 8, I kitab, maddə 584, ¹ 12, maddə 835; 2001, ¹ 1, maddə 24, ¹ 3, maddə 139, ¹ 7, maddə 455,

¹ 11, maddələr 680, 698, ¹ 12, maddə 731; 2002, ¹ 1, maddə 9, ¹ 4, I kitab, maddə 165, ¹ 5, maddələr 234, 237, 239, ¹ 6, maddə 326, ¹ 8, maddə 463, ¹ 12, maddə 692; 2003, ¹ 1, maddələr 3, 13, 23, ¹ 4, maddələr 177, 178, ¹ 5, maddə 228, ¹ 6, maddələr 257, 276, 279, ¹ 8, maddələr 407, 425, ¹ 12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004, ¹ 1, maddələr 6, 7, 10, 13, ¹ 4, maddələr 200, 201, 204, ¹ 5, maddələr 313, 314, 317, 321, ¹ 6, maddə 397, ¹ 8, maddələr 596, 597, ¹ 10, maddələr 762, 779, ¹ 11, maddə 900, ¹ 12, maddə 973; 2005, ¹ 1, maddələr 5, 6, ¹ 2, maddə 61, ¹ 4, maddələr 272, 273, 275, 278, ¹ 6, maddələr 462, 466, ¹ 7, maddə 576, ¹ 8, maddələr 691, 692, ¹ 10, maddələr 875, 877, 904, ¹ 11, maddələr 993, 994, 995, ¹ 12, maddələr 1083, 1085; 2006,

¹ 2, maddələr 64, 68,  ¹ 3, maddələr 219, 220, 223, 225, ¹ 5, maddə 385, ¹ 6, maddə 478, ¹ 11, maddələr 923, 924, 932, ¹ 12, maddələr 1005, 1020, 1024; 2007, ¹ 1, maddələr 3, 4, ¹ 2,  maddələr 65, 68, ¹ 5, maddələr 397, 398, 401, 440, ¹ 6, maddələr 560, 561, 562, 579, ¹ 8, maddə 757, ¹ 10, maddələr 935, 936, 938, 940, ¹ 11, maddələr 1048, 1049, 1053, 1070, 1077, 1080, 1089, 1091, ¹ 12, maddələr 1195, 1211, 1217, 1218, 1221; 2008, ¹ 2, maddə 47, ¹ 3, maddələr 146, 152, 159, ¹ 4, maddə 249, ¹ 5, maddə 340, ¹ 6, maddələr 454, 460, 461, 464, ¹ 7, maddələr 601, 602, 605,  ¹ 8, maddələr 699, 701, 711, ¹ 10, maddələr 884, 885, ¹ 11, maddələr 956, 957,  ¹ 12, maddələr 1045, 1047, 1049; 2009, ¹ 2, maddələr 36, 45, 49, 52, 53, ¹ 5, maddələr 309, 315, ¹ 6, maddələr 404, 405,

¹ 7, maddələr 517, 518, 519, ¹ 8, maddə 611, ¹ 12, maddələr 953, 954, 966, 971; 2010, ¹ 2, maddələr 70, 71, ¹ 3, maddələr 167, 171, 178, ¹ 4, maddələr 275, 276, ¹ 5, maddələr 379, 380, ¹ 6, maddə 483, ¹ 7, maddələr 577, 591, 594, 595, 598, 600, ¹ 10, maddə 838, ¹ 11, maddələr 936, 938, 949, ¹ 12, maddə 1059; 2011, ¹ 2, maddələr 70, 71, ¹ 3, maddələr 162, 164, 167, 168, 170, ¹ 4, maddələr 246, 254, ¹ 6, maddələr 470, 479, 487,  ¹ 7, maddələr 596, 614,  ¹ 10, maddə 881, ¹ 11, maddə 981, ¹ 12, maddələr 1094, 1095, 1099, 1103, 1106; 2012, ¹ 1, maddə 3, ¹ 2, maddə 50, ¹ 3, maddə 194, ¹ 4, maddə 271, ¹ 5, maddə 404, ¹ 6, maddə 499, ¹ 7, maddələr 649, 665, 667, ¹ 9, maddə 843, ¹ 11, maddələr 1046, 1047, 1055, 1064, 1069; 2013, ¹ 1, maddələr 12, 13, 23, ¹ 2, maddələr  90, 100; Azərbaycan Respublikasının 2013-cü il 1 fevral tarixli 549-IVQD nömrəli, 15 fevral tarixli 563-IVQD nömrəli, 22 fevral tarixli 568-IVQD, 570-IVQD, 575-IVQD nömrəli, 5 aprel tarixli 594-IVQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1. 30.1-ci maddədə "on beş gün" sözləri "üç ay" sözləri ilə əvəz edilsin.

2. 38-1-ci maddədə "on beş günədək" sözləri "iki ayadək" sözləri ilə əvəz edilsin.

3. 68-1-ci maddədə "on beş günədək" sözləri "iki ayadək" sözləri ilə əvəz edilsin.

4. 69-cu maddədə "on beş günədək" sözləri "bir ayadək" sözləri ilə əvəz edilsin.

5. 152.4-cü maddədə "on beş günədək" sözləri "bir ayadək müddətə" sözləri ilə əvəz edilsin.

6. 152-1-ci maddədə:

6.1. 152-1.3-cü maddədə "on" sözündən sonra "beş" sözü əlavə edilsin;

6.2. 152-1.4-cü maddədə "on beş günədək" sözləri "on beş gündən bir ayadək müddətə" sözləri ilə əvəz edilsin.

7. 152-2-ci maddədə:

7.1. 152-2.1-ci maddədə "beş günədək" sözləri "on beş günədək müddətə" sözləri ilə əvəz edilsin;

7.2. 152-2.2-ci maddədə "beş gündən on günədək" sözləri "on beş gündən bir ayadək müddətə" sözləri ilə əvəz edilsin;

7.3. 152-2.3-cü maddədə "on beş günədək" sözləri "bir aydan iki ayadək müddətə" sözləri ilə əvəz edilsin.

8. 296-cı maddədə "pozanya" sözləri "pozan," sözü ilə əvəz edilsin.

9. 296-1-ci maddədə:

9.1. 296-1.1-ci maddədə "beş gündən on günədək" sözləri "on beş gündən bir ayadək müddətə" sözləri ilə əvəz edilsin;

9.2. 296-1.2-ci maddədə "on gündən on beş günədək" sözləri "bir aydan iki ayadək müddətə" sözləri ilə əvəz edilsin.

10. 298-ci maddə üzrə:

10.1. 298.1-ci maddədə "on beş günədək" sözləri "iki ayadək müddətə" sözləri ilə əvəz edilsin;

10.2. 298.2-ci maddədə "on beş günədək" sözləri "iki ayadək müddətə" sözləri ilə əvəz edilsin.

11. 310-cu maddə üzrə:

11.1. 310.1-ci maddədə "on beş günədək" sözləri "bir ayadək" sözləri ilə əvəz edilsin;

11.2. 310.2-ci maddədə "on beş günədək" sözləri "bir ayadək" sözləri ilə əvəz edilsin.

12. 313-1.1-ci maddədə "on günədək" sözləri "bir ayadək müddətə" sözləri ilə əvəz edilsin.

13. 313-2-ci maddədə:

13.1. 313-2.1-ci maddədə "qərarın" sözü "səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının" sözləri  ilə əvəz edilsin;

13.2. aşağıdakı məzmunda 313-2.1-1-ci maddə əlavə edilsin:

"313-2.1-1. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə -

yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur.";

13.3. 313-2.3-cü maddədə "on beş günədək" sözləri "üç ayadək müddətə" sözləri ilə əvəz edilsin;

13.4.  Qeyd hissəsinin 1-ci bəndində "313-2.1-ci maddəsində" sözləri "313-2.1-ci və ya 313-2.1-1-ci maddələrində" sözləri ilə, 2.1-ci bəndində "həftədə iki dəfə və daha çox" sözləri "bir dəfədən çox" sözləri ilə əvəz edilsin.

14. Məcəlləyə aşağıdakı məzmunda 442.1-1-ci maddə əlavə edilsin:

"442.1-1. Məhkəmələr tərəfindən baxılan inzibati xətalara dair işlər üzrə inzibati cərimə tətbiq edilməsi barədə qərarlar bu məcəllənin 443, 444, 445.1, 446, 447.3, 448, 451.1-1, 451.6-1, 451.6-2 və 451.6-3-cü maddələrinin tələbləri nəzərə alınmaqla "İcra haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq icra olunur.".

15. 446.1.6-cı maddədə "313-2.1," rəqəmlərindən sonra "313-2.1-1," rəqəmləri əlavə edilsin.

16. 451-ci maddədə:

16.1. 451.1-ci maddədə "qərar" sözü "səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı" sözləri ilə əvəz edilsin;

16.2. aşağıdakı məzmunda 451.1-1-ci maddə əlavə edilsin:

"451.1-1. İnzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən və ya bu məcəllənin 444-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirə salmanın müddəti bitdikdən on gündən gec olmayaraq inzibati xəta törətmiş şəxs tərəfindən ödənilməlidir.";

16.3.  451.4-cü maddədən "hakim,", 451.4.2-ci maddənin ikinci hissəsinin ikinci cümləsindən və 451.5-ci maddədən "hakimə," sözləri çıxarılsın;

16.4. aşağıdakı məzmunda 451.6-1, 451.6-2 və 451.6-3-cü maddələr əlavə edilsin:

"451.6-1. Bu məcəllənin 451.1-1-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmənin qərarı məcburi icraya yönəldilir.

451.6-2. Fizikiya vəzifəli şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) məcburi icraya yönəldilmiş qərarı 2 ay müddətində, məhkəmənin məcburi icraya yönəldilmiş qərarı isə 15 gün müddətində icra olunmadıqda, icra məmuru bu məcəllənin 313-2.1-ci və ya 313-2.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edir. Hüquqi şəxslərə münasibətdə isə "İcra haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən məcburi icra tədbirləri davam etdirilir.

451.6-3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin inzibati tənbehə yönəldilə bilən həcmdə əmlakı və ya gəlirləri bu məcəllənin 451.6-2-ci maddəsində göstərilən müddətlərdə aşkar edildikdə bu məcəllənin 313-2.1-ci və ya 313-2.1-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmir və məcburi icra tədbirləri davam etdirilir.".

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 14 may 2013-cü il

 

Azərbaycan.-2013.- 7 iyun.- S.2.