Bakının Binə qəsəbəsindəki İmam Rza məscidi yenidənqurmadan sonra istifadəyə verilmişdir

 

Birinci xanım Mehriban Əliyeva açılışda iştirak etmişdir

 

 

İyunun 6-da Bakının Xəzər rayonunun Binə qəsəbəsindəki İmam Rza məscidi yenidənqurmadan sonra istifadəyə verilmişdir.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Xəzər rayonundan Milli Məclisin deputatı Mehriban Əliyeva və qızı Arzu Əliyeva açılışda iştirak etmişlər.

Azərbaycanda milli-mənəvi dəyələrimizin qorunması və inkişaf etdirilməsi Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Dövlət başçısının təşəbbüsü və tapşırıqlarına əsasən, paytaxtda və ölkəmizin bölgələrində onlarla məscid, dini məbəd, tarixi abidə və ziyarətgah inşa edilmiş, bərpa olunmuşya yenidən qurulmuşdur. Heydər Əliyev Fondunun bu istiqamətdə həyata keçirdiyi layihələri də xüsusi qeyd etmək lazımdır. Xəzər rayonunun Binə qəsəbəsinin Vaqif küçəsindəki İmam Rza məscidinin bərpası da bu müqəddəs amaldan qaynaqlanır.

İmam Rza məscidi 1990-2005-ci illərdə əhalinin təşəbbüsü və birbaşa iştirakı ilə inşa edilmişdir. Məscid qəzalı vəziyyətə düşdüyündən yenidənqurma işlərinin aparılmasına böyük ehtiyac yaranmışdı. Məsciddə yenidənqurma işlərinə Binə ağsaqqallarının müraciətləri əsasında Heydər Əliyev Fondunun təşəbbüsü ilə ötən ilin sentyabrında başlanılmışdır. Fondun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva bu il martın 1-də Binə qəsəbəsində olarkən məsciddə aparılan yenidənqurma işləri ilə tanış olmuşdu. İmam Rza məscidində aparılan yenidənqurma işləri bu ilin mayında başa çatdırılmışdır.

 Azərbaycanın birinci xanımı İmam Rza məscidində yaradılmış şəraitlə tanış oldu.

Məlumat verildi ki, məscid, minarə və xidməti otaqlardan ibarət kompleksin ümumi sahəsi 1800 kvadratmetrdir. Məscidin hasarı tamamilə sökülərək yenidən tikilmiş, darvazametal barmaqlıqlar dəyişdirilmişdir. Məscidin əsas binasının bünövrəsində bərkitmə-gücləndirmə və izolə işləri aparılmışdır. Binanın və hündürlüyü 21 metr olan minarənin günbəzləri tamamilə sökülərək yenidən quraşdırılmışdır. Qapı və pəncərələr dəyişdirilmiş, divartavanda bəzək-tərtibat işləri aparılmışdır.

Diqqətə çatdırıldı ki, məsciddə eyni vaxtda 230 nəfərin ibadət etməsi mümkündür. Burada istilik sistemi ilə təchiz olunmuş döşəmə quraşdırılmışdır. Məscidə gələn qadınlar isə ikinci mərtəbədə ayrılmış yerdə ibadət edə biləcəklər.

Məscidin axundu hacı Həsən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya "Qurani-Kərim" hədiyyə etdi.

Mehriban xanım Əliyeva məscidin mərasim zalı ilə də tanış oldu.

Bildirildi ki, bu zalda da istilik sistemi ilə təchiz olunmuş döşəmə quraşdırılmışdır. Binaların dam örtükləri sökülmüş, hündürlüyü artırılmışdır. Bütün binalarda suvaqelektrik kabelləri təzələnmişdir. Mətbəx və köməkçi sahələr müasir tələblərə cavab verən avadanlıqla təchiz olunmuşdur. Məscidin istilik sistemi, istisoyuq su xətləri yenidən quraşdırılmışdır. Məscidin əsas binasının, minarənin, köməkçi binaların, hasarın fasadları və şəbəkələri layihəyə uyğun olaraq daş lövhələrlə üzlənmişdir.

Məscidin həyətində abadlıq işləri aparılmış, yaşıllıq salınmış, asfalt yollar və səkilər yenilənmişdir.

Sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Binə qəsəbəsinin sakinləri ilə görüşdü.

Sakinləri salamlayan Mehriban xanım ƏLİYEVA dedi:

 - Mən çox şadam ki, belə nəcib Heydər Əliyev Fondu tərəfindən həyata keçirilir. Bildiyiniz kimi, fond fəaliyyətə başladığı ilk gündən təhsilə, mədəniyyətə, dini abidələrin qorunub saxlanılmasına, milli ənənələrimizə, dəyərlərimizə hörmətlə yanaşmaq fəaliyyətimizin əsas istiqamətlərindən biri olmuşdur. Ona görə bu gün belə bir xoş gündə mən sizin hamınızı təbrik edirəm sizi görməyə çox şadam.

SAKİNLƏR: Çox sağ olun. Allah Sizə kömək olsun.

 

*  *  *

 

Məscidin axundu hacı Həsən qəsəbədə görülən işlərə məsciddə aparılan əsaslı yenidənqurmaya görə Binə sakinləri adından Azərbaycanın birinci xanımına minnətdarlığını bildirdi.

Mehriban xanım Əliyeva Heydər Əliyev Fondu tərəfindən Binədə görülən işlərdən danışdı, bu tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirdi.

Azərbaycanın birinci xanımı onun salamlarını qəsəbə sakinlərinə çatdırmağı xahiş etdi.

 

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 7 iyun.- S.3.