Vladimir YEFİMOV: Biz
ölkələrimizin - Rusiyanın və Azərbaycanın rifahı naminə həm investisiyalara, həm
də birgə fəaliyyətə açığıq
Volqoqradda
"Rusiya Federasiyası və Azərbaycan
Respublikasının iqtisadi əməkdaşlığının
yeni üfüqləri" mövzusunda sərginin açılışında
iştirak edən Volqoqrad Vilayət Dumasının sədri
Vladimir Yefimov AzərTAc-ın müxbirinə müsahibəsində
demişdir: "Biz investisiya siyasətində gələcək
birgə fəaliyyətə və etibarlı tərəfdaşlara
ümid bəsləyirik. Volqoqrad kifayət qədər rəqabətədavamlı
regiondur. Bizi ixrac-idxal əməliyyatları sahəsində Azərbaycan
ilə əməkdaşlıq maraqlandırır. "Rusiya
Federasiyası və Azərbaycan Respublikasının iqtisadi əməkdaşlığının
yeni üfüqləri" sərgisində kənd təsərrüfatı,
neft-qaz sənayesi sahələrində nailiyyətlərimiz təqdim
olunmuşdur. Volqoqradda neft sahəsi üçün xüsusi
avadanlıq istehsal edən müəssisələr vardır.
Biz ölkələrimizin - Rusiyanın və Azərbaycanın
rifahı naminə həm investisiyalara, həm də birgə fəaliyyətə
açığıq".
Azərbaycan.-2013.- 7 iyun.- S.4.