Harvard Universitetinin
tələbələri Ali Məhkəmədə olmuşlar
Amerika Birləşmiş
Ştatlarının Harvard Universitetinin tələbələri
Azərbaycana səfərləri
çərçivəsində Ali Məhkəmədə olmuşlar.
Ali Məhkəmənin mətbuat
xidmətindən bildirmişlər
ki, sədr Ramiz Rzayev ilə
görüşdə Azərbaycanın
məhkəmə sistemi,
hakimlərin seçki
proseduru, Ali Məhkəmənin
strukturu və fəaliyyəti barədə
qonaqlara ətraflı
məlumat verilmişdir.
Ali Məhkəmənin sədri İnsan Hüquqları üzrə
Avropa Məhkəməsi
ilə işgüzar əlaqələrdən, İnsan
Hüquqları üzrə
Avropa Konvensiyasının
presedent hüququnun Azərbaycanda tətbiqindən
danışmışdır.
Ali Məhkəmənin sədri tələbələrin
verdiyi sualları ətraflı cavablandırmış,
onlara təhsildə və həyatda uğurlar arzulamışdır.
Harvard Universitetinin tələbələri
Ali Məhkəmənin yüksək
statusuna uyğun yeni inzibati binasını
gəzmiş, Məhkəmə
tarixi muzeyinə baxmış, hakimlərin
iş şəraiti ilə tanış
olmuşlar. Qonaqlar bu tanışlıqdan məmnun qaldıqlarını
bildirmişlər.
AzərTAc
Azərbaycan.-2013.- 7 iyun.- S.4.