Yeni Azərbaycan Partiyasının V
qurultayı 2013-cü ildə keçiriləcək prezident seçkilərində partiyanın sədri,
Azərbaycan Prezidenti İlham Əliyevin namizədliyini irəli
sürmüşdür
İyunun
7-də Bakıda, "Buta" sarayında Yeni Azərbaycan
Partiyasının (YAP) V qurultayı keçirilmişdir.
YAP-ın
600 mindən çox üzvünü təmsil edən
nümayəndələr partiyanın sədri, dövlət
başçısı İlham Əliyevi hərarətlə
qarşıladılar.
Partiyanın
sədri, Azərbaycan Prezidenti İlham Əliyev qurultayda
geniş nitq söylədi.
Yeni
Azərbaycan Partiyası Səbail rayon təşkilatının
sədri Zahid QARALOV çıxış edərək dedi:
-
Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan
Respublikasının Prezidenti möhtərəm İlham Heydər
oğlu!
Hörmətli
qurultay nümayəndələri!
Partiyamızın
V qurultayının işə başlaması münasibətilə
sizi və təmsil etdiyiniz 600 mindən yuxarı partiya
üzvünü təbrik edir, qurultayın işinə
uğurlar arzulayıram.
Əziz
siyasi həmkarlar!
V
qurultayla 2
1 il əvvəl
blokada şəraitində olan Naxçıvanda ulu öndərimiz
Heydər Əliyevin rəhbərliyi ilə keçirdiyimiz təsis
konfransı dövrünü müqayisə edəndə bəlli
olur ki, son 20 ildə Azərbaycanda müsbət istiqamətdə
çox böyük dəyişikliklər baş verib. Xatırladım
ki, təsis konfransı dövründə ölkədə vəziyyət
çox ağır idi. Ölkəni qanunlar yox,
ayrı-ayrı başıpozuq, səriştəsiz qruplar idarə
edirdilər. Dövlətə və dövlət rəhbərinə
inam itmişdi, insan haqları və hüquqları
tanınmırdı, demokratiyadan əsər-əlamət yox
idi. Vəzifə uğrunda didişmə gedirdi, hər şey
dağıdılır, talan edilirdi. Xarici təcavüzlə
paralel olaraq, vətəndaş müharibəsi
başlamışdı. Bu vəziyyəti cəbhəçilər
yaratmışdı. O şəxslər ki, bu gün
demokratiyanın azlığından gileylənir, özlərini
xalqın xilaskarı kimi təqdim edir, yenidən hakimiyyətə
gəlməyə can atırlar.
Onlar
unudurlar ki, XX əsrin ikinci yarısında Azərbaycanın
bir müdrik xilaskarı olub: Heydər Əlirza oğlu Əliyev.
O, 1969-cu ildə Azərbaycanı gerilikdən xilas etdi,
respublikanı birincilər sırasına çıxardı. 1993-cü ildə
isə suverenliyini itirmək üzrə olan müstəqil Azərbaycanı
xilas etdi. Müasir tipli partiya yaratmaqla ölkəyə yeni
siyasi mədəniyyət gətirdi, ölkəni xaosdan
qurtardı. Milli mənəvi və ümumbəşəri dəyərlərə
əsaslanan azərbaycançılıq, milli birlik
ideologiyasını formalaşdırdı. İctimai-siyasi
quruluşun istiqamətini dəyişdi, ölkəni bazar
iqtisadiyyatı sisteminə keçirdi. Mükəmməl
daxili və xarici siyasət proqramı hazırlayıb həyata
keçirdi. İnsan haqlarını, dövlətə
inamı özünə qaytardı. Güclü dövlət
qurdu. İnsan fəaliyyətinin bütün sahələrində
əsaslı islahatlar apardı. Cəbhə hakimiyyətinin
dünyadan təcrid etdiyi Azərbaycanı dünyaya
açdı. Dünya birliyinə inteqrasiya üçün əməli
tədbirlər gördü. Xalqı birləşdirdi.
Böyüklərə hörmət, uşaqlara qayğı
mühiti yaratdı. İnsanların hüquqi, demokratik,
dünyəvi dövlət şəraitində firavan
yaşamaq haqlarının təmin olunması
üçün böyük işlər gördü.
Partiyamızın
Heydər Əliyevin rəhbərliyi ilə keçirilmiş
I və II qurultayları ölkədə siyasi mühitin
sağlamlaşdırılması üçün çox dəyərli
proqramlar, tövsiyələr verdi, digər partiyalara nümunə
göstərdi. Partiyamızın və hakimiyyətin
sağlam əqidəli, millətsevər şəxslər tərəfindən
idarə edilməsi zərurətini irəli sürdü.
2003-cü
ildən etibarən partiyamıza güclü şəxsiyyət,
yüksək liderlik keyfiyyətinə malik olan müasir təfəkkürlü,
dünya liderləri arasında özünün qətiyyəti,
işgüzarlığı, yüksək nüfuzu ilə
seçilən hörmətli İlham Heydər oğlu Əliyev
rəhbərlik edir. O, eyni zamanda, həmin illərdən
başlayaraq ölkənin ağıllı, andına sadiq
Prezidentidir.
Heydər
Əliyevin dediyi kimi, onun axıra çatdıra bilmədiyi
quruculuq işlərini davamlı surətdə həyata
keçirən İlham Əliyev Azərbaycanı dünya
dövlətləri içərisində sayılan, təcrübəsinə
istinad olunan, dinamik inkişaf edən ölkə səviyyəsinə
çatdıra bildi.
İlham
Əliyevin rəhbərliyi ilə keçirilmiş III və
IV qurultaylarımızda nəzərdə tutulmuş proqramlar
bütövlükdə yerinə yetirilib. Biz, yeni azərbaycançılar
fəxr edirik ki, partiyamız 20 ildir hakim partiyadır. Onun
liderləri Heydər Əlirza oğlu və İlham Heydər
oğlu dövlət başçısı kimi xalqa ləyaqətlə
xidmət etmişlər.
Əziz
həmkarlar, qarşıdan yeni prezident seçkiləri gəlir.
Bu gün biz prezidentliyə namizədimizi rəsmi təsdiq etməliyik.
Mən rayon və şəhər partiya təşkilatlarının
konfranslarında səsləndirilmiş fikirləri, eləcə
də, son 10 ildə Azərbaycanda güclü quruculuq işlərinin
görüldüyünü, indiyə qədər vəzifəsini
ləyaqətlə yerinə yetirdiyini nəzərə alaraq,
ölkə prezidentliyinə partiyamızın lideri İlham
Heydər oğlu Əliyevin namizədliyini irəli
sürürəm. İlham Heydər oğlu Əliyev bu il
partiyamızın ən ləyaqətli yeganə namizədi
olacaqdır. Onun böyük və faydalı təcrübəsi,
regionda və dünyada dərin nüfuzu ölkəmizə
yeni uğurlar gətirəcəkdir.
Bu təklifi
qurultaya çatdırmağı Yeni Azərbaycan Partiyası
Səbail rayonunda qeydiyyatda olan 24 min partiya üzvü, eləcə
də Heydər Əliyevin rəhbərliyi ilə yeni tipli
partiya yaratmaq təşəbbüsünü irəli
sürmüş, ulu öndərimizin partiyanın
"Qızıl fondu" adlandırdığı "91-lər"
tapşırmışlar.
Təklif
bütün partiya üzvləri tərəfindən bəyəniləcəkdir.
Bunun səbəbi ulu öndər Heydər Əliyevin Azərbaycanın
inkişafı, xalqımızın güzəranının
daim yüksəldilməsi, İlham Əliyevin son on ildə
davam etdirdiyi yolun düzgün, uğurlu, ədalət,
demokratiya, tərəqqi yolu olmasıdır. Qətiyyətlə
deyə bilərik ki, xalqımız partiyamızın namizədinin
tərəfində olacaqdır.
Cənab
Prezident, xalq sizə inanır, daxili və xarici siyasətinizi
bəyənir, müdafiə edir. Bu inamla da biz seçkidə
növbəti qələbəmizi təmin edə biləcəyik.
Sizdən
xahişimiz budur ki, təklifimizi qəbul edəsiniz, Azərbaycan
Respublikasının Prezidentliyinə partiyamızın namizədi
olmağa razılıq verəsiniz.
Ulu
öndərimiz partiyanın I qurultayında belə demişdi:
"Yeni Azərbaycan Partiyası yarandığı dövrdən
indiyə qədər Azərbaycanın ictimai-siyasi həyatında
özünün dəyərli yerini tutubdur və bu yeri
heç kəsə verməyəcək və get-gedə
öz yerini möhkəmləndirəcəkdir".
Bu
fikir bu gün də qüvvəsini saxlayır, ona əməl
etmək isə partiyamızın, xalqımızın borcudur.
Diqqətinizə görə təşəkkür edirəm.
Yeni
Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublikası
Heydər Əliyev adına Gənclər Birliyinin üzvü
Aytən İSMAYILOVA çıxış edərək dedi:
-
Möhtərəm cənab Prezident!
Yeni
Azərbaycan Partiyasının V qurultayı çox əlamətdar
bir vaxtda və taleyüklü bir dövrdə - növbəti
prezident seçkiləri ərəfəsində keçirilir
və təkcə partiyamızın deyil, bütövlükdə
ölkəmizin siyasi həyatında böyük əhəmiyyətə
malikdir.
21 il
əvvəl - 1992-ci il noyabrın 21-də Naxçıvan
şəhərində təsis edilən Yeni Azərbaycan
Partiyası ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi
altında elə bir tarixi yol keçmişdir ki, bu yol həm
də müstəqil Azərbaycanın müqəddəratını
təyin edən mühüm bir tarixi mərhələ
olmuşdur. Bu zaman Naxçıvanda gedən mütərəqqi
proseslərin bilavasitə müəllifi olan ümummilli
liderimizin Azərbaycanda siyasi hakimiyyətə
qayıdışı bir tərəfdən
bütövlükdə xalqımızın yekdil arzusuna
çevrilmişdisə, digər tərəfdən əlahəzrət
tarixin diktə etdiyi qaçılmaz obyektiv tarixi zərurət
idi.
Beləliklə,
milli dövlətçiliyin sabahının tamamilə
qaranlıq göründüyü bir dövrdə Azərbaycanı
böhran girdabından çıxararaq işıqlı gələcəyə
aparan bir siyasi gücün - Yeni Azərbaycan Partiyasının
yaradılması xalqımızı səfərbər edərək
ümummilli problemlərin həll olunmasında iştirak etmək,
bu istiqamətdə öz zəruri xidmətlərini göstərmək
məqsədi daşıyırdı.
Ümummilli
liderimizin müstəqil Azərbaycana rəhbərlik etdiyi
1993-2003-cü illər dünyanın siyasi xəritəsində
Azərbaycan Respublikasının öz strateji mövqeyini təmin
etməsi, müstəqilliyimizin möhkəmləndirilməsi
və əbədi varlığı üçün
bütün zəruri siyasi addımların
atıldığı, müstəqil Azərbaycanın
dövlətçilik konsepsiyasının nəzəri əsaslarının
formalaşdırıldığı və bu əsasda
möhkəm bünövrənin qoyulduğu taleyüklü
bir mərhələ oldu. Ulu öndər Heydər Əliyev
özünün dərin siyasi zəkasının, zəngin və
mükəmməl dövlətçilik təcrübəsinin
məhsulu və şah əsəri olan müstəqil Azərbaycan
Respublikasını gələcək nəsillərə miras
qoydu.
Cənab
Prezident, ölkəmizdə ulu öndər Heydər Əliyevin
dövlətçilik siyasətinin uğurla davam etdirilməsi
xalqımızın ürəyindən xəbər verir.
2003-cü və 2008-ci illərdə xalqın böyük dəstəyi
ilə Sizin Prezident vəzifəsinə, 2005-ci ilin martında
isə partiyamızın III qurultayında Yeni Azərbaycan
Partiyasının sədri vəzifəsinə seçilməyiniz
ümummilli liderimizin varisi, onun siyasi kursunun layiqli
davamçısı kimi Sizə bəslənilən sonsuz inam
və məhəbbətin parlaq təzahürü idi.
Vətənini,
xalqını sevən hər bir şəxs, Yeni Azərbaycan
Partiyasının hər bir üzvü kimi, Naxçıvan
Muxtar Respublikasının əhalisi adından Sizin yeritdiyiniz
uğurlu daxili və xarici siyasəti ürəkdən bəyənir,
müdafiə edir və bu siyasətin ölkəmizə
böyük nailiyyətlər gətirdiyini ifadə edirik.
Ölkə rəhbəri kimi Sizin Naxçıvana səfərləriniz,
verdiyiniz qiymətli tövsiyə və tapşırıqlar,
muxtar respublikadakı inkişaf və tərəqqini yüksək
dəyərləndirməyiniz bizi daha əzmlə
çalışmağa ruhlandırır. Bütün ölkədə
olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da həyata
keçirilən çoxşaxəli quruculuq tədbirləri,
sürətli yüksəliş məhz ulu öndər Heydər
Əliyevin dövlətçilik siyasətinin davam etdirilməsi
sayəsində gerçəkləşmişdir.
Möhtərəm
cənab Prezident, Sizin qayğınızla reallaşan möhtəşəm
quruculuq tədbirləri Azərbaycanın bu qədim
torpağını əsl intibaha qovuşdurmuşdur. Naxçıvan
Muxtar Respublikasının hərtərəfli inkişafına
göstərdiyiniz ardıcıl diqqət və qayğıya
görə bütün muxtar respublika əhalisi adından Sizə
dərin minnətdarlığımızı, səmimi
ehtiramımızı bildiririk.
Hörmətli
qurultay iştirakçıları, ümummilli liderimizin
"Yeni Azərbaycan Partiyasına xidmət etmək Vətənə,
millətə, müstəqil Azərbaycan dövlətinə
xidmət etmək deməkdir" sözləri
partiyamızın bütün üzvləri kimi,
Naxçıvan Muxtar Respublika təşkilatı ətrafında
birləşən siyasi həmfikirlər üçün də
dönməz əqidə və fəaliyyət devizidir. Biz bu
yüksək amala xidmət edənlər sırasında
olmağımızla fəxr edirik. Çox hörmətli
Prezidentimiz cənab İlham Əliyevin 2003-cü ildə dediyi
sözləri xatırlatmaq istərdim: "Mən hər bir
Azərbaycan vətəndaşı üçün Prezident
olacağam. Milliyyətindən, dinindən, siyasi əqidəsindən
asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının
Prezidenti olacağam və Azərbaycan xalqının
etimadını doğruldacağam!"
Ötən
10 il aşkar şəkildə göstərdi ki, cənab
İlham Əliyev öz fəaliyyət dövrünü bu
amalın reallaşmasına həsr etmiş, ulu öndərimizin
müstəqillik və azadlıq ideyalarını dönmədən
həyata keçirmiş, Azərbaycanı sosial-iqtisadi
inkişaf, demokratik hüquqi dövlət quruculuğu və
siyasi sabitlik baxımından dünyanın sayılıb-seçilən
dövlətlərindən birinə çevirmişdir.
Məhz
buna görə möhtərəm İlham Əliyevin namizədliyi
yenə də Azərbaycan cəmiyyətinin alternativsiz
sosial-siyasi sifarişidir. Azərbaycan xalqı indiyədək
olduğu kimi, qarşıdan gələn prezident seçkilərində
də yekdil şəkildə öz taleyini yenidən Yeni Azərbaycan
Partiyasının sarsılmaz liderinə həvalə edəcəkdir!
Naxçıvan
Muxtar Respublikasının bütün əhalisi, o cümlədən
partiyamızın bu regiondakı çoxminli üzvləri də
xalqımızla yekdil mövqedədirlər. Muxtar
respublikanın 430 minlik əhalisi, Yeni Azərbaycan
Partiyasının burada yaşayıb fəaliyyət göstərən
49 min üzvü adından 2013-cü ilin oktyabrında
keçiriləcək prezident seçkilərində
partiyamızın sədri cənab İlham Heydər oğlu Əliyevin
Azərbaycan Respublikasının Prezidentliyinə namizədliyinin
irəli sürülməsi təklifini ürəkdən dəstəkləyir
və müdafiə edirik!
Möhtərəm
Prezident, Sizi bir daha əmin edirik ki, müstəqil Azərbaycanın
daha da tərəqqisi naminə həyata keçirdiyiniz
cahanşümul tədbirlərdə, qətiyyətli
mübarizədə daim Sizinləyik! Sizin və rəhbərlik
etdiyiniz dövlətimizin, partiyamızın hər bir
tapşırığını bundan sonra da layiqincə yerinə
yetirməyə hazırıq! 2003-cü və 2008-ci illərdə
olduğu kimi, bu il keçiriləcək prezident seçkilərində
də Naxçıvan Sizə - ulu öndər Heydər Əliyevin
layiqli davamçısına səs verəcəkdir!
Çıxış
edən Laçın Rayon Ağsaqqallar Şurasının sədr
müavini Əmirxan ZEYNALOV dedi:
-
Möhtərəm cənab Prezident İlham Əliyev!
Hörmətli
qurultay nümayəndələri!
İcazə
verin, sizi bir milyonluq qaçqın və məcburi
köçkün adından salamlayım və qurultayın
işinə uğurlar, müvəffəqiyyətlər
arzulayım. Bu gün bizim hər birimizin həyatında ən
uğurlu, ən tarixi bir gündür. Çünki biz Yeni Azərbaycan
Partiyasının qurultayında iştirak edirik.
Müstəqilliyimizin
ilk illəri hamımızın gözləri
qarşısında keçmişdir. Xaos, hərc-mərclik,
hakimiyyətsizlik... Ölkədə, demək olar ki, dövlət,
dövlətçilik məsələsinə fikir verən
yox idi. Bu ağrıları ən çox biz -
qaçqınlar və məcburi köçkünlər hiss
edirdik. Çünki doğma torpaqlarımızdan didərgin
düşmüşdük və o vaxtkı hakimiyyətdən
bir nəfər də olsun irəli çıxıb bizə
ürək-dirək verən olmadı.
Ancaq
bütün xalqımız kimi biz də ümidimizi itirməmişdik.
Bizim ümidimiz Azərbaycanı sevən, ona ürəkdən
bağlanan, onu çiçəkləndirən, bu müasir
gözəl Azərbaycanın bugünkü inkişafında
böyük rolu olan ulu öndər Heydər Əliyev idi və
diqqətimiz ona cəlb olunmuşdu. Bütün
xalqımız kimi, biz məcburi köçkünlər də
təkidlə ulu öndərin yenidən Azərbaycanda hakimiyyətə
qayıtmasını xahiş edirdik. O, bu xahişi yerinə
yetirməyə bilməzdi, çünki xalqını, Azərbaycanı
sevirdi, Azərbaycanın müstəqilliyini istəyirdi. Ona
görə də bu xahişi qəbul etdi və 1993-cü ildə
yenidən siyasi hakimiyyətə qayıtdı.
Ulu
öndər Heydər Əliyev işlərinin
ağırlığına, çoxluğuna baxmayaraq, bizə
qarşı çox diqqətli idi. Vaxtının
azlığına baxmayaraq, biz qaçqın və məcburi
köçkünlərlə tez-tez görüşür və
bizim vəziyyətimizlə maraqlanırdı. Bu qayğı
son on ildə qətiyyətlə, inamla, çox müdrikliklə,
cəsarətlə, indiki Prezidentimiz, Yeni Azərbaycan
Partiyasının sədri, Heydər Əliyevin xalqa əmanəti
cənab İlham Əliyev tərəfindən ləyaqətlə
davam etdirilmişdir.
Mən
inanmıram ki, dünyanın heç bir ölkəsində
on ildə bu qədər tərəqqiyə nail olunsun - istər
sosial-iqtisadi cəhətdən, istərsə də xarici siyasətdə.
Prezident İlham Əliyev çox uğurlu siyasət
aparır. Buna görə də
heç bir dövlət bizim daxili işlərimizə
qarışa bilmir. Bu, ən böyük uğurdur.
Çünki, açıq deyək, bizi istəməyən
qüvvələr vardır. O qüvvələr heç
cür istəmirlər ki, bu gözəl Azərbaycan, bu
müstəqil Azərbaycan, bu azad xalq firavan yaşasın.
Amma yenə o fikrə qayıdıram ki, doğrudan da cənab
İlham Əliyev qətiyyətlidir, iradəlidir,
bütün təzyiqlər qarşısında mərd-mərdanə
dayanır və heç kəsə Azərbaycanın daxili
işlərinə qarışmağa imkan vermir.
Nəzərinizə
bir şeyi çatdırmaq istəyirəm ki, indi dövlət
təkcə neftdən gələn gəlirlərlə qane
olmur. O, neftdən gələn kapitalı insan kapitalına
çevirir. O, neftdən gələn kapitalı regionların
sosial-iqtisadi inkişafına sərf edir. Qısaca bir kəlmə
deyəcəyəm. Yevlax rayonu 70 illik sovet dönəmində
elə bir vəziyyətdə idi ki, orada beş dəqiqə
dayanmaq olmurdu. Amma İlham Əliyevin rəhbərliyi
altında indi orada elə bir şərait yaradılıb ki, hər
tərəf gül-çiçəkdir. Bax, bircə bu rayonu
misal gətirməklə demək istəyirəm ki, Prezident
İlham Əliyev tərəfindən aparılan istər
sosial-iqtisadi, istər xarici siyasətimiz nəticəsində
dünyanın ən qabaqcıl dövlətləri səviyyəsinə
çatmışıq.
Qaçqın
və məcburi köçkünlərin ən böyük
inamı cənab İlham Əliyevədir. O, hər bir vaxt
bizimlə görüşə gəlir. Onun göstərişi
ilə çadır düşərgələri ləğv
olunub. Məcburi köçkünlər üçün 78
müasir qəsəbə salınıb. Artıq bu günə
qədər 31 min ailə, 140 min qaçqın və məcburi
köçkün rahat, gözəl mənzil şəraitində
yaşayır. Demək olar ki, məcburi köçkünlər
üçün salınmış bütün qəsəbələrin
açılışında çox hörmətli,
xalqını sevən Prezidentimiz iştirak edib.
Bir tarixi
yadınıza salmaq istəyirəm. 2011-ci il 24 dekabr.
İnanın mənə, elə bir dövlət rəhbəri
tanımıram ki, özünün yubileyini qaçqın və
məcburi köçkünlərlə keçirsin. Bu,
yalnız ulu öndərin həyat məktəbini keçən,
xalqını, Vətənini, onun müstəqilliyini sevən,
bayrağını uca tutan, bütün dünyada
tanıtdıran İlham Əliyev cənablarına xasdır.
Səmimi
deyirəm, həmin gün o görüşə
toplaşanlar, inanın ki, 21 ildə daxilən bu qədər
sevinib, bu qədər şad olmamışdılar. Axı, cənab
Prezident özünün ən mötəbər, ən
yaddaqalan, ən sevimli anlarını - ad gününü
bizimlə keçirirdi və orada o, öz xanımı ilə,
hamının sevimlisi, Azərbaycanın birinci xanımı və
Azərbaycanın mədəniyyətini, incəsənətini,
musiqisini, tarixini bütün dünyaya tanıtdıran Mehriban
xanımla bir yerdə keçirirdi. Orada sevimli rəhbərimiz
İlham Əliyev bir söz işlətdi. Dedi, bu gün mən
çox xoşbəxtəm. Bu gün mənim ən sevincli
günümdür. Çünki mən bu gün ailəmlə
birlikdə, sizlərlə birlikdə ad günümü
keçirirəm. Bu sözlər təkcə bizim
üçün yox, bütün Qarabağ camaatını,
bütün Azərbaycan xalqını sevindirdi və
hamıya böyük nümunə göstərdi.
Biz
inanırıq ki, doğma torpaqlarımıza
qayıdacağıq. Çünki burada bizim
üçün nə qədər gözəl şərait
yaradılsa, nə qədər maddi durumumuz yaxşı olsa, o
torpaqları unudan deyilik və cənab Prezident ilə birlikdə
oraya qayıdıb bayrağımızı Şuşada
ucaldacağıq.
Qarşıdan
prezident seçkiləri gəlir. Birmənalı şəkildə,
qətiyyətlə deyirəm, - mən xalqın içərisindəyəm,
vətəndaşlarla görüşürəm və
bütün vətəndaşların seçimi bəllidir,
- qarşıdan gələn
prezident seçkiləri yenə də Yeni Azərbaycan
Partiyasının, onun rəhbərliyinin qələbəsi ilə
başa çatacaqdır.
Bütün
qaçqın və məcburi köçkünlər
adından Yeni Azərbaycan Partiyasının sədri,
xalqını, Vətənini sevən və təkcə bu
gününü yox, gələcəyini fikirləşən,
dönməz, iradəli, mətin şəxs olan cənab
İlham Əliyevin namizədliyini irəli sürürəm və
sizdən də bu namizədliyi dəstəkləməyi
xahiş edirəm. Çox sağ olun.
Cənab
Prezident, Sizin səmimiyyətinizə,
mehribançılığınıza, bizə bəxş
etdiyiniz ümidə, şəraitimizi
yaxşılaşdırdığınıza, bizimlə bir
yerdə olduğunuza görə bir daha Sizə təşəkkür
edir, uğurlar, qələbələr arzulayıram. Çox
sağ olun.
Bakı
Dövlət Universitetinin tələbəsi Yavər MƏMMƏDOVA
çıxış edərək dedi:
- Möhtərəm
cənab Prezident!
Hörmətli
sədrimiz!
Əziz
qurultay nümayəndələri!
Yeni Azərbaycan
Partiyasının V qurultayında Azərbaycan gəncləri
adından hamınızı səmimi-qəlbdən
salamlayır və qurultayımızın işinə
uğurlar arzulayıram.
Belə
bir ali məclisdə, xüsusilə də cənab Prezident,
Sizin qarşınızda çıxış etmək hər
bir Azərbaycan gənci kimi, mənim üçün də
sözlə ifadə edilməyəcək böyük bir
şərəfdir.
Hörmətli
qurultay nümayəndələri, bugünkü Azərbaycan gəncliyi
ümummilli liderimiz Heydər Əliyevin Vətənimiz
qarşısındakı nəhəng xidmətlərini
taleyüklü misilsiz işlər kimi dəyərləndirir,
onun xalqımıza bəxş etdiyi minlərlə əvəzsiz
nemətlər içərisində Azərbaycanın müstəqilliyini,
elmin, təhsilin inkişafını, iqtisadi yüksəlişi,
gəncliyə açılan yolları və nəhayət,
bu gün qurultayına toplaşdığımız Yeni Azərbaycan
Partiyasını dahi siyasətçi Heydər Əliyevin
şah əsəri hesab edirik.
Ulu
öndərimiz Heydər Əliyevin bünövrəsini
qoyduğu siyasətin, cənab Prezident, Sizin tərəfinizdən
uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün gənclərimiz
ölkənin ictimai həyatında fəal iştirak etməklə
yanaşı, beynəlxalq miqyasda da ardıcıl uğurlar
qazanırlar. Gənclərimiz fəxr edirlər ki, bu gün
dövlətimiz inkişafın Azərbaycan modelini yaradaraq
yüksək və dinamik sosial-iqtisadi
sıçrayışa nail olmuş, geniş beynəlxalq
müqavilələr sisteminə qoşulmuş, nüfuzlu beynəlxalq
təşkilatların üzvü olmuş, özünün
demokratik, hüquqi dövlət imicini beynəlxalq aləmdə
tam formalaşdırmışdır. Nəhayət, Azərbaycanın
ən ali qurum olan BMT Təhlükəsizlik
Şurasının üzvü seçilməsi, cənab
Prezident, şəxsən Sizin və gənc dövlətimizin
tarixi qələbəsidir.
Fürsətdən
istifadə edərək, dövlətin gənclər siyasətinin
uğurla həyata keçirilməsində Heydər Əliyev
Fondunun prezidenti, Milli Məclisin deputatı, Azərbaycan
Respublikasının birinci xanımı hörmətli Mehriban Əliyevanın
əvəzsiz xidmətlərini xüsusi qeyd etmək istərdim.
Məhz Mehriban xanımın yüksək təşkilatçılıq
bacarığı nəticəsində Bakıda keçirilən
"Eurovision" musiqi yarışması bu gün də digər
dövlətlərə nümunə göstərilir. Təsadüfi
deyil ki, məhz bu uğurları rəhbər tutaraq beynəlxalq
idman cəmiyyəti ilk Avropa Oyunlarının Bakıda
keçirilməsinə qərar verib.
Möhtərəm
sədrimiz!
Dəyərli
qurultay nümayəndələri!
Təxminən
bir həftə sonra ulu öndər Heydər Əliyev tərəfindən
Vətənin xilasının növbəti ildönümünün
- Qurtuluş Gününün 20 illiyini təntənə ilə
qeyd edəcəyik. Bundan iki ay sonra isə mənim və bəlkə
mənim kimi minlərlə gəncin 20 yaşı
olacaqdır. Biz Qurtuluş Günü ilə həmyaşıdıq.
Bəli, biz Qurtuluşun övladlarıyıq! Biz bununla fəxr
edirik, məsuliyyətini isə qürurla
daşıyırıq! Bu dövlət, bu Vətən ulu
öndər tərəfindən bizlərə əmanət
qoyulub və onun müstəqilliyi, tərəqqisi naminə, cənab
Prezident, Sizin rəhbərliyiniz altında canımızdan da
keçməyə hazırıq!
Möhtərəm,
cənab Prezident, Azərbaycan xalqı və onun avanqard təbəqəsi
olan gəncliyin ümumi qənaətini ifadə edərək
Yeni Azərbaycan Partiyasının V qurultayından və şəxsən
Sizdən növbəti müddətə prezidentliyə namizədliyinizin
irəli sürülməsini xahiş edirik. Yalnız Siz
böyük, zəngin və qüdrətli Azərbaycanın
təminatçısı və rəhbəri ola bilərsiniz.
Yalnız Sizin rəhbərliyiniz altında ölkəmiz tarixi
nailiyyətlərinin davamlılığını təmin edə
bilər. Yalnız Sizin simanızda Azərbaycan xalqı öz
firavan gələcəyinin qarantını və qüdrətli
dövlət xadimini görür.
Yaşasın
müstəqil Azərbaycan!
Yaşasın
Yeni Azərbaycan Partiyası!
Yaşasın
dövlətini, millətini yeni-yeni zəfərlərə
aparan Prezidentimiz İlham Əliyev!
Milli Məclisin
deputatı Yevda ABRAMOV çıxış edərək dedi:
- Möhtərəm
cənab Prezident!
Dəyərli
həmfikirlər!
Hörmətli
qurultay iştirakçıları!
Mən də
sizləri bu gözəl bayram münasibətilə təbrik
edirəm. Partiyanın bir sədaqətli əsgəri, Milli Məclisin
deputatı kimi və Azərbaycan vətəndaşlığını
uca tutan və onunla qürur duyan çoxminli Azərbaycan yəhudiləri
adından mənə bu yüksək tribunadan söz verdiyinizə
görə, cənab Prezident, bir daha Sizə minnətdarlığımı
bildirirəm.
Ürəyimdə
o qədər sözlər vardır ki, cənab Prezident,
danışmaq üçün mənə beş saat da bəs
etməz.
Müstəqil Azərbaycanın
tarixi ulu öndərin ikinci dəfə hakimiyyətə gəlməsi
ilə bir vaxta təsadüf edir. Bizim qurultayımız da bu həftədən
sonra qarşılayacağımız ən böyük və
müqəddəs günlərimizin bayramı ilə
çulğaşır. Ulu öndər xalqın təkidli tələbi
ilə Azərbaycanda ikinci dəfə hakimiyyətə gəldi.
Ölkə xaosdan, hərc-mərclikdən, vətəndaş
qarşıdurmasından, qardaş qanı tökülməsindən
xilas oldu. Bəlkə də bunun arxasında bir sirr də var
idi ki, çoxlarına bəlli deyildi. Əslində, Azərbaycan
millət kimi qala bilərdi, amma dövlət kimi qalması
şübhə altında idi. Azərbaycan çoxmillətli
ola bilməzdi. Artıq millətlər bu respublikada
yaşamağa qorxurdular. Mən öz millətimin
timsalında bilirdim ki, yüzlərlə insan bu nankorların
birillik hakimiyyəti dövründə doğma vətəni tərk
etdi. Nə yaxşı ki, Heydər Əliyev gəldi, xalq
yerində qaldı, xalqın ümid çırağı
yandı.
Ulu
öndər çox qısa müddət ərzində
özünün geniş təcrübəsindən istifadə
edərək sabit, güclü bir dövlət yaratdı.
Ölkəmiz separatizmdən xilas oldu. Ölkədə
demokratiya bərqərar oldu. Ən ali qanun, insana hörmət,
hər şey insan naminə - ulu öndər ölkədə
çox böyük şərait yaratdı. Heydər Əliyev
özünün 10 illik hakimiyyəti dövründə Azərbaycanın
gələcək inkişafı üçün çox
möhkəm, monolit bir bünövrə qoydu. Bu bünövrənin
üzərində Siz, cənab Prezident, möhtəşəm
bir saray tikdiniz.
1993-2003-cü
illər Azərbaycan tarixinin dirçəliş illəri
hesab olunur. Amma onun geniş mənada inkişafı
dövrü isə 20 illiyin ikinci on ili olan İlham Əliyev
dövrünə təsadüf etdi.
Cənab
Prezident, Siz dünyada analoqu olmayan bir iş
gördünüz. İrs-varis prinsiplərinə sədaqətinizi
göstərdiniz. Siz dünyaya sübut etdiniz ki,
cahanşümul cahangirin, fateh sələfin cəngavər xələfisiniz.
Bu on ildə
Sizin rəhbərliyiniz altında Azərbaycan çox
böyük, iri addımlarla inkişaf etdi. Ulu öndərin
müəyyənləşdirdiyi yolla gedərək
güclü, inkişaf etmiş, analoqu olmayan bir Azərbaycan
dövləti yaratdınız. Bunu Siz yeni azərbaycançılarla,
Azərbaycan xalqı ilə bir yerdə etdiniz. Siz xarizmatik
lidersiniz.
Bəlkə
çoxlarının mühafizəkar
adlandırdığı partnomenklaturanı yeni fikirli, yeni azərbaycanlıları
və herentokratiya adlandırılan elektoratı birləşdirərək
gözəl idarəçilik sistemi və komandanızı
yaratdınız, bu cahanşümul qələbələrimizi
təmin etdiniz. Bizim isə borcumuz bundan sonra bunu qorumaqdır.
Bunu biz Sizinlə bir yerdə qoruyacağıq.
Sizin on
illik fəaliyyətinizin uğurlarından danışmaq
üçün mənə ən azı üç saat vaxt
lazımdır. Amma bunu etməyəcəyəm. Konkret olaraq
üç tezis üzərində dayanmaq istəyirəm ki,
biz Sizinlə nəyə nail olduq: güclü Azərbaycan
qurduq, çox gözəl iqtisadi təmələ malik olduq və
biz beynəlxalq, regional layihələrdə
gücümüzü göstərdik. Bir sıra layihələrin
də müəllifi Siz oldunuz, Azərbaycan oldu. Güclü
xarici siyasət yeritdiniz. Bayaq məcburi köçkün
qardaşımız çox gözəl dedi. Böyük dəyanət,
iradə, əzm göstərdiniz, heç kimdən çəkinmədiniz,
dövlətin böyüklüyündən və
kiçikliyindən asılı olmayaraq, heç kəsin
qarşısında sınmadınız. Azərbaycanın
sözünü, gücünü göstərə bildiniz.
Biz Sizinlə fəxr edirik, biz Sizinlə qürur duyuruq.
Siz
sübut etdiniz ki, Heydər Əliyev məktəbinin ən
layiqli müdavimisiniz. Bu məktəbin ikinci müdavimi yoxdur.
Bir daha sübut olundu ki, getdiyiniz yol Heydər Əliyev yoludur.
Bəli, bizim yolumuz Heydər Əliyev yoludur. Bu yolu biz Sizinlə
gedəcəyik. Sonucumuz isə güclü Azərbaycan
olacaqdır. Güclü Azərbaycana isə biz güclü
liderimizlə qovuşacağıq.
Cənab
Prezident, mən 2008-ci ildə respublikamızın şimal
bölgəsində Sizin vəkiliniz olmuşam. Bütün
xalq Sizi sevir. Bütün qubalılar konfrans vaxtı xahiş
ediblər ki, nəyin bahasına olursa-olsun, cənab Prezident bu
qurultayda öz namizədliyinin irəli sürülməsinə
razılıq verməlidir. Mən də, mənim mənsub
olduğum millət də, yəhudilər də Sizi çox
sevirik. Onlar da xahiş ediblər ki, ölkədə milli
birliyi qoruyub saxlamaqdan, bu xoş güzəranımızın
əlimizdən çıxmamasından ötrü Siz
prezidentliyə razılığınızı verməlisiniz.
Siz bir
çox layihələrin müəllifisiniz. Hələ Sizin
qəlbinizdə bizlərə məlum olmayan çox
böyük layihələr vardır. Biz istəyirik ki,
bunları Sizinlə bir yerdə həll edək. Ona görə
mən də xahiş edirəm ki, Siz partiyamızın mənə
qədər çıxış edən üzvləri və
məndən sonra çıxış edəcək üzvlərinin
xahişini, yalnız Yeni Azərbaycan Partiyası üzvlərinin
deyil, bütün Azərbaycan xalqının, Azərbaycanda
yaşayan bütün etnosların, xalqların və millətlərin
xahişini yerinə yetirəsiniz, Siz buna razılıq verəsiniz.
Allah Sizi ailəniz üçün, xalqımız
üçün, əlli milyonluq Azərbaycan dünyası
üçün qorusun.
Son fikrimi
deyib sizlərdən ayrılmaq istəyirəm. Sizin atanıza
da paxıllıq edirdilər. Onun coğrafiyası Kremlin
divarlarına qədər gedib çıxırdı. Amma mən
xaricdə çox oluram. Sizə olan paxıllıq
coğrafiyası isə artıq Kremldən çıxıb
dünyaya yayılıbdır. Avropa böhran içərisində
olmasına baxmayaraq, nadürüstlər ölkələrinin
ayrı-ayrı jurnallarında böyük pullar xərcləyərək,
cənab Prezident, Sizə iftiralar yağdırırlar. Bunlar keçməz,
rəngli maykalarla, rəngli qalstuklarla prezident olmaq olmaz. Səfirliklərin
qapılarında yalvarmaqla Prezident olmaq olmaz. Prezidentlik belə
olur, alqışlarla və xalqın ümumi rəyi ilə.
Sağ
olun, cənab Prezident!
Yaşayın,
yaradın! Bizlərdən muğayat olun, biz Sizi sevirik, bundan
sonra da sevəcəyik.
Masallıdan
müəllimə Mehparə MƏMMƏDOVA
çıxış edərək dedi:
- Möhtərəm
cənab Prezident!
Hörmətli
qurultay nümayəndələri!
Bu
günlər Azərbaycan dövlətinin qurucusu,
xalqımızın ümummilli lideri Heydər Əliyevin 90
illik yubileyi ilə əlaqədar bütün dünya azərbaycanlıları
bayram təntənəsi yaşayır. Azərbaycan xalqı
müstəqilliyinin əbədi və dönməzliyi, siyasi
və milli varlığı, ictimai birliyi və həmrəyliyinə
görə hər zaman Heydər Əliyevə minnətdardır.
Ulu
öndərin müəyyən etdiyi fəaliyyət
proqramı bu gün onun layiqli siyasi varisi, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Azərbaycan dövləti, Azərbaycan
xalqı cənab Prezidentin rəhbərliyi altında gələcəyə,
inkişafa doğru məhz Heydər Əliyevin təməlini
qoyduğu yolla inamla irəliləyir və hər bir azərbaycanlının
fəxr edəcəyi, qürur duya biləcəyi bir məkana
çevrilir.
Bu
inkişafın nəticəsi olaraq şəhər və
rayonlarımız, o cümlədən Masallımız da
tanınmaz dərəcədə dəyişir və gözəlləşir.
Rayonumuzun sakinləri möhtərəm Prezidentimizin
Masallıya səfərlərini çox gözəl
xatırlayırlar. Çünki bu səfərlərin hər
biri masallılılar üçün əlamətdar hadisələrlə
yadda qalır və inkişafın yeni istiqamətlərini
müəyyənləşdirir.
Prezidentimizin
müəyyən etdiyi regionların sosial-iqtisadi
inkişafı dövlət proqramlarına uyğun olaraq
hazırda Masallıda tikinti-quruculuq işləri sürətlə
davam etdirilir. Parklar, meydanlar, xiyabanlar, yaşıllıq
zolaqları salınır, kəndlərə yol çəkilir,
küçələr genişləndirilir, yeni, müasir
işıq sistemləri quraşdırılır və
yaşayış massivləri abadlaşdırılır.
Masallı
Azərbaycanın yeganə rayon mərkəzi idi ki, orada
heç vaxt mərkəzləşdirilmiş içməli
su xətti olmamışdı. Cənab Prezident, məhz Sizin
diqqət və qayğınız nəticəsində indi
Masallı şəhərində su sistemi yenidən qurulur. Bu
da əhali tərəfindən böyük razılıqla
qarşılanır.
Rayonumuzun
Muğan zonası deyilən ərazisində yaşayan 110 mindən
çox əhali yüz illər boyudur ki, içməli sudan əziyyət
çəkir və suyu maşınlar vasitəsilə
daşıyıb alırlar. Bu problemin həlli məqsədilə
möhtərəm Prezidentimiz tərəfindən
tapşırıq verilmiş və artıq iki gün bundan əvvəl
bu su xəttinin çəkilişinə
başlanmışdır. İnanın ki, bu xətdən
istifadə edəcək 38 kəndin əhalisinin sevincini
sözlə ifadə etməkdə çətinlik çəkirəm.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev təhsil
sahəsinə xüsusi diqqət göstərir. Təsadüfi
deyildir ki, son illərdə Masallı rayonunda 40-a yaxın yeni
məktəb binası və uşaq bağçası
tikilmiş və ya əsaslı təmir olunmuşdur. Bu məktəblərdən
9-u Heydər Əliyev Fondunun təşəbbüsü ilə
tikilmişdir ki, bu işdə ölkənin birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın
böyük əməyi vardır. Mehriban xanım öz fəaliyyəti
ilə bütün dünyaya sübut edir ki, bu xalqın
qadınları da kişiləri qədər igid, vətənpərvər,
ağıllı və savadlıdırlar.
Hörmətli
Prezidentimizin gənclərə və idmançılara
göstərdiyi xüsusi diqqətin nəticəsidir ki,
Masallıda Olimpiya İdman Kompleksi ilə yanaşı, son bir
il ərzində üç böyük idman mərkəzinin
tikintisi artıq başa çatdırılmışdır.
Möhtərəm
Prezidentimizin tapşırığı, tövsiyəsi və
Mehriban xanımın bilavasitə iştirakı ilə
doğma Vətənimizin milli mənəvi dəyərlərinin
dünya miqyasında tanıdılması və təbliği
üçün çox böyük işlər
görülür. İndi beynəlxalq əhəmiyyətli
müxtəlif tədbirlər paytaxtımız Bakı şəhəri
ilə bərabər regionlarda da keçirilməkdədir.
Yeri
gəlmişkən demək istərdim ki, Masallı Azərbaycanın
folklor mərkəzlərindən biridir və burada dünya
şöhrətli "Halay" başda olmaqla dörd folklor
ansamblı fəaliyyət göstərir. Keçən il Azərbaycanın
folklor paytaxtı elan olunan Masallıda bir çox tədbirlərlə
bərabər ilk dəfə Beynəlxalq Folklor Festivalı
keçirilmişdir.
Kənd
təsərrüfatı rayonu olan Masallıda əhalimizin əsas
gəlir mənbəyi torpaqdır. Bu sahənin inkişafı
məqsədilə atılan addımlar və daha gəlirli
sahələrə keçid prosesinin sürətlə
aparılması qısa vaxt ərzində əhalinin gəlirlərinin
əhəmiyyətli dərəcədə artmasına təsir
göstərmişdir.
Hörmətli
qurultay nümayəndələri! Masallı sakinləri
dövlətə və möhtərəm Prezidentimizin sədri
olduğu Yeni Azərbaycan Partiyasına hər zaman sədaqətli
olmuşlar. Qətiyyətlə deyə bilərəm ki, bu
gün Masallıda hamı cənab Prezidentin ətrafında
sıx birləşmişdir.
Azərbaycanımız
sürətlə, əzmlə irəliləyir, yüksəlir,
inkişaf edir. Nə qədər ki, xalqla Prezident bir yerdədir
heç kim, heç bir qüvvə Azərbaycanı bu
inkişaf yolundan döndərə bilməz. Fürsətdən
istifadə edib böyükdən kiçiyə bütün
masallılıların yekdil qərarını qurultay
nümayəndələrinə çatdırmağı
özümə şərəf bilirəm. Biz
masallılılar qarşıdan gələn prezident
seçkilərində öz seçimimizi artıq
etmişik. Bu seçim Yeni Azərbaycan Partiyasının namizədi,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdir.
Cənab İlham Əliyev Azərbaycan xalqının yeganə
lideri, onun döyünən ürəyidir.
Diqqətinizə
görə minnətdaram.
2013-cü
ilin prezident seçkilərində partiyanın sədri
İlham Əliyevin namizədliyinin irəli sürülməsi
barədə qurultayın qərar layihəsini təqdim edən
YAP-ın sədr müavini-icra katibi Əli ƏHMƏDOV dedi:
-
Möhtərəm cənab Prezident!
Hörmətli
qurultay nümayəndələri!
Bu
gün bütün xalqımızın nəzərləri
Yeni Azərbaycan Partiyasının V qurultayının
keçirildiyi "Buta" sarayına yönəlibdir.
Qarşımızdakı beş ilin taleyini həll edəcək
tarixi qərar məhz bu sarayda bu gün
çıxarılmalıdır. Yeni Azərbaycan
Partiyasının 600 min üzvünü təmsil edən
qurultay nümayəndələrini bu saraya toplayan, onların
növbəti qələbələrə köklənmiş
ovqatını formalaşdıran bir səbəb vardır - Azərbaycan
Respublikasının Prezidenti, Yeni Azərbaycan
Partiyasının sədri İlham Əliyevin 2013-cü ilin
prezident seçkilərində namizədliyinin irəli
sürülməsi.
Əslində,
Yeni Azərbaycan Partiyasının rəsmən bu gün qəbul
edəcəyi qərarı xalq çoxdan
çıxarıbdır. Azərbaycan xalqının mütləq
əksəriyyətinin seçkiqabağı ovqatı
bütünlüklə cənab İlham Əliyevin namizədliyinin
dəstəklənməsi üzərində köklənib.
İlham Əliyevin şəxsində xalqımız Azərbaycanın
müasir gücünün və qüdrətinin həlledici
ifadəsini görməkdədir. Xalq İlham Əliyevi
müasir inkişafın arxitektoru sayır.
İnsanlarımız tək bu günümüzü deyil,
eyni zamanda, Azərbaycanın gələcəyini Prezident
İlham Əliyevin adı ilə bağlayır, ona güvənir
və etibar edir. Onu da vurğulamaq tamamilə yerinə
düşər ki, İlham Əliyevin növbəti prezident
seçkilərində namizədliyinin irəli sürülməsi
hər şeydən əvvəl vətəndaşlarımızın
daxili inamına əsaslanır, xalqın özünə
layiqli rəhbər seçmək haqqını ifadə edir və
bu səbəbdən yüksək ictimai dəyərə və
gücə malikdir.
Xalqın
öz iradəsini sərbəst şəkildə ifadə etməsi,
ölkəyə layiqli rəhbər seçmək haqqına
sahib olması nəinki demokratiyanın, bəlkə də
xüsusilə müstəqil dövlətçilik məfkurəsinin
əsas göstəricisidir. 2013-cü ilin prezident seçkiləri
ərəfəsində seçicilərin əksəriyyətinin
birmənalı olaraq İlham Əliyevin namizədliyini qətiyyətlə
dəstəkləməsi, əslində, xalqın öz
taleyinə sahib olmaq istəyinin aydın ifadəsi hesab
olunmalıdır. Xalq o zaman güclüdür ki, iradəsini
açıq şəkildə ifadə etməyi bacarır və
bu gün Azərbaycan xalqı İlham Əliyevin namizədliyini
qətiyyətlə dəstəkləməklə dövlətimizin
gücünü, qüdrətini və əzəmətini bir
daha nümayiş etdirmiş olur.
Hörmətli
qurultay nümayəndələri! Cəmiyyətimizin Prezident
İlham Əliyevə və onun həyata keçirdiyi siyasətə
dərin inamının 10 illik uğur, nailiyyətlər və
milli yüksəliş kimi etibarlı sınaq təcrübəsi
vardır. Bu illərin təcrübəsi yetərlidir ki, xalq
öz taleyini inamla, hər hansı riskə getmədən
yenidən cənab İlham Əliyevə etibar etsin. İlham Əliyevli
10 ilin inkişaf, sabitlik və əmin-amanlıq təcrübəsi
elə bir etibarlı əsasdır ki, insan növbəti 5 ildə
özünü və ailəsini daha gözəl həyatın
gözlədiyinə dərindən inanır.
Yeni
Azərbaycan Partiyasının V qurultayı 10 ilin inkişaf
tarixinə nəzər salaraq xüsusi iftixar hissi ilə
vurğulayır ki, Prezident İlham Əliyevin rəhbərliyi
altında və onun fəaliyyəti nəticəsində Azərbaycanın
son illərin dünyanın ən uğurlu dövlətlərindən
birinə çevrilməsi, ölkəmizin ən dinamik
iqtisadiyyat kimi mövqelərə sahib olması və bu
günə qədər həmin mövqeyini qoruyub saxlaya bilməsi,
10 il ərzində Azərbaycanın iqtisadiyyatının 3 dəfə,
dövlət büdcəsinin isə təxminən 20 dəfə
artmasının təmin edilməsi, Azərbaycanın kosmik
ölkələr sırasına qoşulması, bir milyondan
artıq yeni iş yerinin açılması və yoxsulluq səviyyəsinin
50 faizdən təxminən 5 faizə qədər endirilməsi
kimi möhtəşəm sosial vəzifələrin yerinə
yetirilməsi, erməni təcavüzünün acı nəticəsi
olan çadır şəhərciklərinin birdəfəlik
müasir yaşayış məskənləri ilə əvəz
olunması, möhtəşəm infrastruktur layihələri
sayəsində Azərbaycanın simasının kökündən
dəyişdirilməsi və müasirləşdirilməsi,
ölkəmizin beynəlxalq nüfuzunun və əhəmiyyətinin
durmadan artmasını təmin edən xarici siyasət
konsepsiyasının uğurla həyata keçirilməsi, Azərbaycanın
dünyanın ən mötəbər beynəlxalq qurumu olan
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik
Şurasına üzv seçilməsi, paytaxt Bakının
dünyanın siyasi, mədəni və idman
yarışları arenası kimi tanıdılması, 2012-ci
ilin "Eurovision" mahnı müsabiqəsinə ev sahibliyi
edilməsi və 2015-ci ildə ilk Avropa Oyunlarının
keçirilməsi haqqının qazanılması, ölkənin
gündən-günə artan iqtisadi gücünün hərbi,
siyasi və diplomatik amilə çevrilməsi nəticəsində
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli istiqamətində Azərbaycanın
haqlı mövqelərinin əhəmiyyətli dərəcədə
möhkəmlənməsi və bütün bunların
birbaşa nəticəsi olaraq Prezident İlham Əliyevin
şəxsi nüfuzunun yüksəlməsi, regional və beynəlxalq
proseslərə təsir göstərmək imkanlarının
artması Prezident İlham Əliyevə ümumxalq
etimadını əhəmiyyətli dərəcədə
gücləndirmişdir. Heç şübhəsiz, bu etimad
2013-cü ilin seçki kampaniyasının başlıca
seçki resursunu təşkil edir.
Prezident
İlham Əliyevin qurultaydakı proqram xarakterli
çıxışı inkişafımızın növbəti
hədəflərini müəyyən etməklə ölkəmizi
qarşıdakı beş ildə gözləyən yeni, daha əzəmətli
uğurlara hamımızın inamını artırır.
Prezidentin qarşıya qoyulan vəzifələr və
onların yerinə yetirilməsi ilə əlaqədar konkret
proqramı əks etdirən nitqi onun bariz ifadəsidir ki,
İlham Əliyevin rəhbərliyi altında həyata
keçirilən Heydər Əliyev siyasəti təkcə
artıq tarixə çevrilmiş nailiyyətlərimizin
deyil, həm də gələcək uğurların həlledici
əsasıdır. Bu səbəbdən Yeni Azərbaycan
Partiyasının V qurultayının nümayəndələri
cənab İlham Əliyevin növbəti prezident seçkilərində
iştirakını xalqın qəlbinin dərinliyindən
qopub gələn sosial sifariş hesab edir və həmişə
olduğu kimi, xalqın səsinə səs verməyi
özünün şərəfli borcu sayır.
Qurultay:
- Azərbaycan
xalqının və 600 minlik Yeni Azərbaycan
Partiyasının üzvlərinin iradəsini ifadə edərək;
-
Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin
iqtisadi, sosial, siyasi, mədəni və beynəlxalq
inkişafının yüksək sürətini qeyd edərək;
- son
10 il ərzində həyatımızın bütün sahələrində
köklü dəyişikliklərin baş verdiyini
vurğulayaraq;
-
Prezident İlham Əliyevin rəhbərliyi altında növbəti
beş ildə Azərbaycanın hərtərəfli
inkişafına, ölkəmizin güclü, qüdrətli
dövlətə çevrilməsinə daha əzəmətli
töhfələr verəcəyinə dərin inamını
bəyan edərək Azərbaycan Respublikasının
Seçki Məcəlləsinin 54-cü maddəsinə əsasən
qərara alır:
Azərbaycan
Respublikasının Prezidenti, Yeni Azərbaycan
Partiyasının sədri İlham Heydər oğlu Əliyev
2013-cü ilin prezident seçkilərində Yeni Azərbaycan
Partiyası tərəfindən Azərbaycan
Respublikasının prezidentliyinə namizəd irəli
sürülsün!
Hörmətli
qurultay nümayəndələri, icazə verin sizin bu sürəkli
və hərarətli alqışlarınızı cənab
İlham Əliyevin 2013-cü ilin prezident seçkilərində
Azərbaycan Respublikasının prezidentliyinə namizəd irəli
sürülməsi haqqında Yeni Azərbaycan
Partiyasının V qurultayının qərarının qətiyyətlə
və yekdil səslə dəstəklənməsi hesab edək.
Beləliklə,
cənab İlham Əliyevin 2013-cü ilin prezident seçkilərində
Yeni Azərbaycan Partiyası tərəfindən namizəd irəli
sürülməsi haqqında partiyanın qərarı
yekdilliklə qəbul olunur.
Cənab
Prezident, Sizi təbrik edirik. Hörmətli qurultay nümayəndələri
sizi təbrik edirik. Güman edirəm ki, ən çox təbriklərin
yönələcəyi ünvan Azərbaycan xalqıdır.
Çünki İlham Əliyevin rəhbərliyi altında on
il ərzində Azərbaycanda qazanılmış uğurlar
xalqımızın həyatını dəyişib, gözəlləşdirib.
Bizim həyatımıza yeni məna gəlibdir. Biz gələcəyə
daha inamla baxırıq. Çünki İlham Əliyevin rəhbərliyi
altında növbəti beş ildə Azərbaycanı daha
böyük nailiyyətlər, daha böyük qələbələr
gözləyir.
Cənab
Prezident, güclü lider güclü Azərbaycan deməkdir!
İlham Əliyev güclü Azərbaycan deməkdir! Azərbaycan
xalqı bunu dərk edir, dəyərləndirir və
özünün növbəti taleyini, növbəti illərini
İlham Əliyevlə, onun prezidentliyi ilə bağlayır.
Bizim hər birimiz qəti şəkildə inanırıq ki,
keçiriləcək prezident seçkilərində Azərbaycan
seçiciləri, bütün Azərbaycan xalqı bir daha
İlham Əliyevə dərin inamını, etibarını və
etimadını öz səsləri ilə ifadə edəcəklər.
Eşq
olsun İlham Əliyevə! Eşq olsun Azərbaycanın
qüdrətli, güclü liderinə!
Sonra
İlham Əliyevin yenidən YAP-ın sədrliyinə namizədliyi
irəli sürüldü.
Yeni Azərbaycan
Partiyası Siyasi Şurasının üzvü Kərim KƏRİMOV
partiya üzvlərinin bu namizədliyi dəstəklədiyini
diqqətə çatdıraraq dedi:
- Möhtərəm
cənab Prezident!
Çox
hörmətli qurultay nümayəndələri!
Partiya
işi ilə əlaqədar və seçki kampaniyalarında
iştirak etdiyim regionlarda böyük quruculuq-abadlıq
işlərinin gedişini görmüşəm. Bu işlərdən
prezident seçkilərində təbliğat vasitəsi kimi
istifadə etmək məqsədilə Milli Kitabxanada təxminən
üç ay işləyib araşdırmalar aparmışam.
Məlum olub ki, möhtərəm cənab Prezidentimiz
regionların sosial-iqtisadi inkişafına aid iki Dövlət
Proqramını həyata keçirmək üçün
regionlara doqquz il yarımda 284 dəfə səfər edib.
860-dan artıq tədbirdə iştirak edib. Mən əsaslı,
sanballı tədbirləri nəzərdə tuturam. Tədbirlərin
sayı mini keçib. 560-dan artıq respublika əhəmiyyətli
sənaye müəssisəsinin, obyektin təməlqoyma və
açılış mərasimlərində şəxsən
Prezidentimiz İlham Əliyev özü iştirak edib.
Möhtərəm
Prezidentimizin gördüyü bu işləri sovet hakimiyyəti
illərində görülmüş işlərlə
müqayisə etmək istədim. Müqayisə etdim. Məlum
oldu ki, Prezidentimiz İlham Əliyev doqquz il yarım ərzində,
-70 illik sovet hakimiyyəti dövründə bizə 16 nəfər
rəhbərlik edib, - 16 nəfərin 70 ildə regionlarda
olduğundan İlham Əliyev doqquz il yarım ərzində
bir dəfə yarım artıq regionlarda olub.
Regionların
simasını siz bilirsiniz, görmüsünüz. İndi
regionlarla şəhərin fərqi yoxdur. Bu işi bizim
möhtərəm Prezidentimiz görüb. Bu işdə insana
fitri istedad və nəsildən gələn keyfiyyətlər
lazımdır. Bu keyfiyyətlər bizim möhtərəm
Prezidentimizdə vardır. Bu keyfiyyətləri o, müstəqil
Azərbaycan dövlətinin memarı böyük Heydər Əliyevdən
və anası akademik Zərifə xanım Əliyevadan
götürüb.
Məhz
bu keyfiyyətlərin nəticəsi 2011-ci il dekabrın 24-də
hörmətli Prezidentimiz İlham Əliyevi Azərbaycanın
ucqar rayonlarından biri olan Ağcabədiyə aparıb
çıxardı. Həmin tarixdə İlham Əliyevin 50
illik yubileyi tamam olurdu. İlham Əliyev övladları ilə,
nəvələri ilə, ailəsi ilə bir yerdə
Bakıda çox yaxşı bir yubiley keçirə bilərdi.
Ancaq nəsildən gələn nəcib keyfiyyətləri onu
aparıb uzaq rayona çıxardı. Prezident həmin
günü Ağcabədidə laçınlı məcburi
köçkünlərlə keçirdi. Həmin
günü onların qayğıları ilə yaşadı.
Bu, həqiqətən, çox dəyərli bir addım idi.
Yeri gəlmişkən,
mən bu gün bu məclisdə bizim çox hörmətli
xanımımız Mehriban Əliyevanı görürəm.
Mehriban xanım bütün bu müddət ərzində
Prezident İlham Əliyevin gördüyü bütün
işlərdə fəal iştirak edib. Bütün məsul
məsələlərin həllində Mehriban xanım
İlham Əliyevin yanında onun ən yaxın
silahdaşı olubdur.
Nəhayət,
dediklərimin nəticəsi olaraq mən qurultaylar arasında,
yəni, V-VI qurultaylar arasındakı dövrdə Yeni Azərbaycan
Partiyasının sədrliyinə xalqımızın
şanlı oğlu İlham Əliyevin namizədliyini irəli
sürürəm.
Təşəkkür
edirəm.
* * *
YAP-ın
icra katibi Əli ƏHMƏDOV V qurultayın qərarına əsasən
İlham Heydər oğlu Əliyevin yenidən partiyanın sədri
seçildiyini bəyan edərək dedi:
- Hörmətli
qurultay nümayəndələri!
Hesab edirəm
ki, sizin sürəkli və hərarətli
alqışlarınız Yeni Azərbaycan Partiyasının sədri
vəzifəsinə möhtərəm Prezidentimiz İlham Əliyevin
yenidən seçilməsi ilə bağlı qurultayın qərarına
müsbət rəy verməyinizi ifadə edir.
Hörmətli
Prezidentimiz, hörmətli sədrimiz, Sizin Azərbaycana rəhbərliyiniz
Azərbaycan üçün nə qədər uğurlu
olubsa, partiyamıza rəhbərliyiniz də partiyamız
üçün o qədər uğurlu olub. Bu illər ərzində
partiyamız sürətlə inkişaf edib, möhtəşəm,
əzəmətli bir partiyaya çevrilib. İnanırıq
ki, Sizin partiyamıza növbəti rəhbərliyiniz
dövründə Yeni Azərbaycan Partiyası daha da güclənəcək,
daha da möhtəşəm bir siyasi təşkilat olaraq daim
Sizin ətrafınızda sıx birləşərək,
ölkəmizin inkişafına töhfələr verəcəkdir.
Təbrik edirik, cənab Prezident.
* * *
Prezident
İlham ƏLİYEV: Mənə göstərilən bu
yüksək etimada görə Yeni Azərbaycan Partiyasına
minnətdarlığımı bildirmək istəyirəm.
Partiyanın bütün üzvlərini əmin etmək istəyirəm
ki, bundan sonra da partiyanın işində fəal iştirak edəcəyəm
və Azərbaycanın uğurlu inkişafını təmin
edəcəyəm.
* * *
Sonra
YAP-ın Siyasi Şurasının 90 nəfərdən ibarət
üzvləri seçildi.
Siyasi
Şuranın üzvləri daha sonra YAP-ın 21 nəfərlik
İdarə Heyətinin tərkibini seçdilər.
Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, YAP-ın icra katibi Əli
Əhmədov, Azərbaycan Milli Elmlər Akademiyasının
prezidenti Akif Əlizadə, Baş nazirin müavini,
Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsinin sədri
Əli Həsənov YAP sədrinin müavinləri
seçildilər.
Əli Əhmədov
yenidən YAP-ın icra katibi, Siyavuş Novruzov və
Mübariz Qurbanlı isə icra katibinin müavinləri
seçildilər.
Sonra
partiyanın 15 nəfərdən ibarət mərkəzi nəzarət-təftiş
komissiyasının tərkibi seçildi.
Yeni Azərbaycan
Partiyasının sədri, Prezident İlham ƏLİYEV
qurultaya yekun vuraraq dedi:
- Əziz
dostlar, qurultayımız öz işini
yekunlaşdırır. İlk növbədə,
partiyamızın rəhbər orqanlarına seçilmiş partiya
yoldaşlarımı ürəkdən təbrik edirəm. Əminəm
ki, həm Siyasi Şura, partiyamızın İdarə Heyəti,
partiya sədrinin yeni seçilmiş müavinləri
partiyamızın işinə öz töhfələrini verəcəklər.
Biz hamımız bundan sonra da çalışmalıyıq
ki, partiyamız daim güclənsin və Yeni Azərbaycan
Partiyası qarşıda duran bütün vəzifələri
bundan sonra da uğurla yerinə yetirsin, onları icra etsin.
Mənə
göstərilən böyük etimada görə qurultaya minnətdaram.
Bu, böyük etimaddır, böyük məsuliyyətdir. Mən
bunu dərk edirəm və son 10 il ərzində
çalışmışam ki, bu etimadı doğruldum.
Çalışmışam ki, öz işimlə, öz fəaliyyətimlə
ulu öndər Heydər Əliyevin qoyduğu siyasətə
öz töhfəmi verim. Mənim bir məqsədim, bir
amalım vardır. Bu, güclü Azərbaycan dövlətidir.
Ulu öndərin bizə miras qoyduğu dövlətçiliyi
möhkəmləndirmək, iqtisadiyyatı inkişaf etdirmək,
Azərbaycanın beynəlxalq mövqelərini möhkəmləndirmək
mənim əsas vəzifələrimdir və son 10 il ərzində
çalışmışam ki, bütün istiqamətlər
üzrə ölkəmizin uğurlu inkişafını təmin
edim.
Bu gün
səslənən çıxışlarda görülən
işlərin bir hissəsi diqqətə
çatdırıldı. Doğrudan da, son illər ərzində
görülmüş bütün işləri sadalamaq
üçün bir neçə gün vaxt lazım
olacaqdı. Kərim müəllim çox maraqlı
statistikanı diqqətimizə çatdırdı. Mən,
sözün düzü, bölgələrə etdiyim səfərləri
saymıram. Amma şadam ki, bu statistika da artıq diqqətdən
kənarda qalmayıbdır. Əlbəttə ki, bölgələrə
göstərdiyim diqqət bölgələrin
inkişafına çox böyük təkan vermişdir.
Çünki bizim birinci qəbul etdiyimiz ciddi
proqramımız, əsas proqramımız regionların
sosial-iqtisadi inkişafı Dövlət Proqramı
olmuşdur. 2004-2008-ci illəri əhatə edən proqram
artıqlaması ilə icra edilmişdir və proqramın əsas
məqsədi məhz kəndlərlə şəhərlər
arasındakı fərqi azaltmaqdan ibarət idi, təbii ki, kəndlərin
inkişafı hesabına. Bu proqramın və ondan sonra qəbul
edilmiş ikinci Dövlət Proqramının uğurlu
icrası, demək olar ki, Azərbaycanın hərtərəfli
inkişafına həlledici töhfə vermişdir. Bu gün
Azərbaycan iqtisadiyyatının çoxşaxəli
iqtisadiyyat kimi inkişafı məhz bu proqramların hesabına
mümkün olmuşdur. Bu gün regionlarda gedən canlanma,
inkişaf, abadlıq, quruculuq işləri göz
oxşayır. Hər bir vətənpərvər vətəndaş
qürur hissi ilə bunu görür. Hər bir vətəndaş,
bölgələrdə yaşayan sakinlər öz işi ilə
bu ümumi işimizə dəstək olurlar.
Ancaq
görülən bu işlər və müstəqillik
dövründəki işlər sovet dövrü ilə
müqayisədə təkcə mənim fəaliyyətimlə
bağlı deyildir. Bu, müstəqilliyin təzahürüdür.
Bu, bir daha onu göstərir ki, müstəqillik öz əlimizdə
olan zaman, Azərbaycan xalqı öz taleyinin sahibi olduğu bir
halda böyük işlər görmək
mümkündür. Biz uzun illər - onilliklər, əsrlər
boyu müstəqillikdən məhrum idik. Biz başqa dövlətlərin
tərkibində yaşamışıq. Xalqımız
inkişaf edibdir. Baxmayaraq ki, müstəqil
olmamışıq, Azərbaycan xalqı öz milli mənəvi
dəyərlərini qoruyub saxlaya bilmişdir, öz Azərbaycan
dəyərlərini hər şeydən üstün
tutmuşdur və bu dəyərlər üzərində bu
gün müstəqil dövlət qurulmuşdur. Ancaq bu
müstəqillik dövrü və ondan əvvəlki
dövrlərlə müqayisə açıq-aydın
göstərir ki, müstəqilliyin nə qədər
böyük üstünlükləri vardır. Biz bunu real
işlərdə, tikilən infrastruktur layihələrində,
abadlaşan şəhərlərdə, artan
imkanlarımızda hiss edirik, görürük. Bizim təbii
sərvətlərimiz də nəhayət, Azərbaycan
xalqının maraqlarına xidmət göstərir. Müstəqillik
ən böyük sərvətdir, ən böyük dəyərdir
və 20 il ərzində - 1993-cü ildən başlayaraq bu
günə qədər müstəqilliyimiz möhkəmlənir.
Ancaq
1993-cü ilə qədər müstəqillik şərti
xarakter daşıyırdı, təhlükə altında idi
və ulu öndərin xalq, millət, tarix
qarşısında gördüyü işlər çox
böyük qiymətə layiqdir. Azərbaycan xalqı Heydər
Əliyevin əziz xatirəsini qəlbində yaşadaraq bu
hörmət və ehtiramını onun xatirəsinə ifadə
edir.
* * *
Biz
müstəqil ölkə kimi inkişaf edirik. Biz bundan sonra əbədi
müstəqil olacağıq. Azərbaycan xalqı dünyaya
sübut edib ki, müstəqil dövlətdə yaşaya,
müstəqil dövləti qura, müstəqilliyi qoruyub
saxlaya bilər. Son 10 il ərzində biz bu yolda böyük
uğurlara imza atmışıq. Bu yolda təzyiqlər də,
təxribatlar da, təhdidlər də oldu. Azərbaycanın
dostları çoxdur, Azərbaycan ilə dostluq, əməkdaşlıq
etmək istəyən ölkələrin sayı durmadan
artır. Bu da təbiidir. Çünki Azərbaycan
güclü dövlət, etibarlı tərəfdaş kimi, ədalətli
mövqeyinə görə dünya miqyasında böyük
şöhrət qazana bilmişdir. Ancaq buna baxmayaraq, - bu
gün çıxışlarda da bu, səsləndi, biz də
bunu görürük və bilirik, - elə dairələr var
ki, Azərbaycanın uğurlu inkişafını həzm edə,
qəbul edə bilmirlər, uğurlarımıza
qısqanclıqla, paxıllıqla yanaşırlar. Azərbaycanın
hətta dünyanı bürümüş böhran illərində
də uğurlu inkişafını qəbul edə bilmirlər.
Biz onları tanıyırıq, bilirik.
Son
10 il ərzində bütün təxribatlara, təzyiqlərə,
böhtan kampaniyalarına baxmayaraq, biz yolumuzdan dönməmişik
və dönməyəcəyik. Əgər hər bir insan
haqlı olduğunu bilirsə, buna əmindirsə, o yoldan
dönməməlidir. Azərbaycan öz inkişafı,
öz qətiyyəti ilə, bölgədə gedən proseslərə
öz münasibətilə sübut edib ki, biz müstəqil
dövlətik və biz öz maraqlarımızı qoruya bilərik.
Ölkə daxilində və ölkəmizin xaricində bu
bölgədə gedən proseslərə təsir imkanlarımız
artır və biz öz milli maraqlarımızı istənilən
yolla müdafiə edirik, bunu bacarırıq və bunu
sübut etmişik. Milli maraqlarımız bizim
üçün hər şeydən üstündür. Bizim
bütün ideologiyamız, bütün səylərimiz milli
maraqların qorunmasına yönəldilibdir. Əlbəttə,
gənc, müstəqil dövlət üçün bu, təbiidir.
Çünki bu salonda əyləşənlərin
böyük əksəriyyətinin ömrünün bir hissəsi,
yarısı, yaxud da ki, böyük hissəsi sovet
dövrünə təsadüf edir. Ancaq biz xoşbəxtik
ki, müstəqil Azərbaycanı gördük. Bizdən əvvəlki,
nəsillər müstəqillik arzuları ilə, müstəqillik
eşqi ilə yaşamışlar. Ancaq müstəqilliyi
görə bilməmişlər. Bizim xoşbəxtliyimiz
ondadır ki, müstəqil Azərbaycan dövlətində
yaşayırıq. Bizim məsuliyyətimiz ondadır ki, biz -
bax, burada toplaşan cəmiyyətimizin əsas siyasi fəalları
bu müstəqilliyi möhkəmləndiririk, qoruyuruq, əbədi,
dönməz edirik, uzunmüddətli inkişaf
strategiyamızı müəyyən edirik, Azərbaycanın
uzunmüddətli dayanıqlı inkişafını təmin
edirik.
Bizim
tərəfimizdən irəli sürülmüş layihələr
- enerji layihələri, iqtisadi layihələr, siyasi təşəbbüslər
ölkəmizin uzun illər, onilliklər bundan sonra da
uğurlu inkişafını təmin edəcəkdir. Təki
siyasi xətt dəyişməz olaraq qalsın və mən
heç şübhə etmirəm ki, bundan sonrakı illərdə
də, onilliklər bundan sonra da siyasi xəttimiz dəyişməz
olaraq qalacaqdır. Çünki son 20 il ərzində
görülən işlər və müstəqilliyimizin
tarixi sübut edib ki, bu, yeganə düzgün siyasətdir,
yeganə düzgün yoldur.
Mən
çox şadam ki, son 10 il ərzində
çalışmışam ki, bu böyük məsuliyyəti
öz çiynimdə aparım. Çalışmışam
ki, ulu öndərin siyasətinə layiq olum.
Çalışmışam ki, onun siyasi xəttini sizinlə
bərabər, Azərbaycan xalqının dəstəyi ilə
yaşadım. Qürur hissi ilə deyə bilərəm ki,
bugünkü Azərbaycan ulu öndərin görmək istədiyi
kimi inkişaf edir, onun qoyduğu yolla gedir, güclənir,
möhkəmlənir və çox güclü regional amilə
çevrilibdir.
Bu
gün biz - ulu öndər Heydər Əliyevin siyasi varisləri,
davamçıları onun ölməz xatirəsi
qarşısında bir daha söz verir və and içirik ki,
bu yolla gedəcəyik, bu yoldan dönməyəcəyik, Azərbaycan
xalqının xoşbəxt gələcəyini təmin edəcəyik!
* * *
Yeni
Azərbaycan Partiyasının V qurultayı dövlət
himninin səslənməsi ilə başa çatdı.
AzərTAc
Azərbaycan.-2013.- 8 iyun.- S.1,4.