Dördüncü «Rusiya-Azərbaycan:
regionlararası dialoq – 2013» Forumunun iştirakçılarına və
qonaqlarına
Qəhrəman şəhər Volqoqradda keçirilən dördüncü "Rusiya-Azərbaycan: regionlararası dialoq - 2013" Forumunun iştirakçılarını və qonaqlarını salamlayıram.
Sevindirici haldır ki, Rusiyanın və Azərbaycanın dövlət hakimiyyəti orqanlarının, işgüzar dairələrinin, ictimai təşkilatların, ekspertlərin və jurnalistlərin nümayəndələrini birləşdirən bu cür genişmiqyaslı tədbirlər keçirilməsi xeyirxah bir ənənəyə, hər iki ölkənin həyatında mühüm hadisəyə çevrilmişdir.
Regionlararası əməkdaşlıq konstruktiv tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin inkişafının mühüm amilidir. Rusiya və Azərbaycan regionlarının fəal əlaqələri, onların energetika, nəqliyyat, təhsil, informasiya və kütləvi kommunikasiyalar sahələrində müştərək layihələr həyata keçirməsi milli iqtisadiyyatların potensialının daha tam üzə çıxarılmasına şərait yaradır. Bu cür əlaqələr həm də xalqlarımız arasında qarşılıqlı etimadın və anlaşmanın dərinləşməsi üçün çox vacibdir.
Əminəm ki, forum onun bütün iştirakçıları üçün çox faydalı olacaq, yeni perspektivli layihə və təşəbbüslərin gerçəkləşməsi üçün yaxşı start meydançası kimi xidmət edəcəkdir.
Sizə
uğurlu iş arzulayır və ən xoş diləklərimi
bildirirəm.
Vladimir PUTİN,
Rusiya Federasiyasının Prezidenti
Azərbaycan.-2013.- 8 iyun.- S.5.