«Cəlal Əliyev. Davamlı inkişaf üçün
fotosintez tədqiqatları-2013» mövzusunda beynəlxalq konfransın
iştirakçıları Dövlət Bayrağı
Meydanı ilə tanış olmuşlar
Akademik
Cəlal Əliyevin 85 illik yubileyinə həsr olunmuş
"Cəlal Əliyev. Davamlı inkişaf üçün fotosintez
tədqiqatları-2013" mövzusunda beynəlxalq
konfransın iştirakçıları Dövlət
Bayrağı Meydanında olmuşlar.
Beynəlxalq
konfransın iştirakçılarının diqqətinə
çatdırılmışdır ki, 2007-ci il noyabrın
17-də Prezident İlham Əliyev Bakıda Dövlət
Bayrağı Meydanının yaradılması barədə sərəncam
imzalamışdır. Elə həmin il dekabrın 30-da paytaxtın Bayıl qəsəbəsində
Dövlət Bayrağı Meydanının təməli
qoyulmuşdur. 2010-cu il
sentyabrın 1-də isə Prezident İlham Əliyevin
iştirakı ilə meydanının təntənəli
açılış mərasimi olmuşdur. İnşa olunan
dayağın hündürlüyü 162 metrdir.
Konfrans
iştirakçıları Prezident İlham Əliyevin təşəbbüsü
ilə meydanda səkkizguşəli ulduz formasında
yaradılmış Dövlət Bayrağı Muzeyi ilə də
tanış olmuşlar. Muzeydə müxtəlif dövrlərdə
Azərbaycan ərazisində mövcud olan dövlətlərin
bərpa olunan bayraqları nümayiş etdirilir. Burada həmçinin Azərbaycanın müxtəlif illərdə
qəbul olunan konstitusiyaları, dövlət atributları
da vardır.
Muzeydə
Ginnes dünya rekordları təşkilatının Azərbaycanın
dövlət bayrağı dirəyinin dünyada ən
hündür bayraq dirəyi olduğunu təsdiq edən
sertifikat da nümayiş olunur.
Qonaqlar
Dövlət Bayrağı Meydanından zəngin təəssüratla
ayrılmışlar.
AzərTAc
Azərbaycan.-2013.- 8 iyun.- S.7.