Azərbaycan Respublikası Beynəlxalq Üzüm və Şərab Təşkilatının
üzvlüyünə qəbul edilmişdir
Azərbaycan Respublikası qərargahı Paris şəhərində yerləşən Beynəlxalq Üzüm və Şərab Təşkilatının (OIV) üzvlüyünə qəbul edilmiş və ölkəmiz OIV-in sayca 45-ci üzvü olmuşdur. Azərbaycanın Fransadakı səfirliyinin mətbuat xidmətindən bildirmişlər ki, bu barədə qərar OIV-in Baş Assambleyasının Rumıniyanın Buxarest şəhərində keçirilən növbəti iclasında qəbul olunmuşdur.
Tədbirdə
ölkəmizi kənd təsərrüfatı naziri İsmət
Abasov, Gəncə Şəhər İcra Hakimiyyətinin
başçısı Elmar Vəliyev və digər şəxslərdən
ibarət nümayəndə heyəti təmsil etmişdir.
Qeyd
edək ki, Azərbaycanda birinci beynəlxalq şərab
festivalı ötən il oktyabrın 6-da Gəncə şəhərində
təşkil edilmişdir.
AzərTAc
Azərbaycan.-2013.- 8 iyun.- S.7.