Baş prokuror Zakir Qaralov Qubada
şimal bölgəsindən olan vətəndaşları qəbul etmişdir
İyunun 7-də Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov Quba Rayon Prokurorluğunun binasında bu rayondan, eləcə də Qusar, Xaçmaz, Şabran və Siyəzəndən olan vətəndaşları qəbul etmişdir. AzərTAc xəbər verir ki, Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətlərində qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlər üzrə onların qanunauyğun, dərhal və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verilmişdir.
Gün ərzində baş prokuror tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinin bir hissəsi elə yerindəcə öz həllini tapmışdır.
Vətəndaşların
ərizə və şikayətlərində
qaldırdıqları məsələlərin, o cümlədən
konkret cinayət işlərinin istintaqı və törədilmiş
cinayətlər barədə məlumatların
araşdırılması zamanı yol verilmiş qanun
pozuntuları, xəbərsiz itkin düşmüş şəxslərin
axtarışı ilə əlaqədar, təsərrüfat,
əmlak, mülki xarakterli mübahisələrlə
bağlı və sosial problemlərə aid müraciətlərin
bilavasitə prokurorluqda və ya aidiyyəti üzrə
müvafiq icra orqanlarında operativ həlli üçün təxirəsalınmaz
zəruri tədbirlərin görülməsi təmin
edilmişdir.
Azərbaycan.-2013.- 8 iyun.- S.8.