Nikola ULLİŞ: «Almaniya
və Azərbaycanın ali
məktəbləri
arasında əməkdaşlıq yaxşı səmərə
verir»
"Almaniya və
Azərbaycanın ali məktəbləri
arasında əməkdaşlıq
yaxşı səmərə verir".
Azərbaycan
Texniki Universitetinin (AzTU) mətbuat xidmətindən bildirmişlər
ki, bu sözləri Alman Akademik
Mübadilə Xidməti (DAAD) Bakı Məlumat Mərkəzinin
direktoru xanım Nikola Ulliş
demişdir.
N.Ullişin sözlərinə görə, Almaniyanın Rostok Universiteti nəzdindəki Texniki Termodinamika İnstitutunun direktoru, AzTU-nun fəxri doktoru, professor Eqon Hassel, həmin institutun professoru Yurgen Noke, Daxiliyanma Mühərrikləri İnstitutunun direktoru, professor Horst Harndorf, Enerji Təchizatı İnstitutunun direktoru, professor Harald Veber yaxın vaxtlarda Bakıda olarkən Azərbaycan Texniki Universitetinin rektoru, professor Havar Məmmədov ilə görüşmüş, burada müqavilə çərçivəsində aparılan işlərlə ətraflı tanış olmuşlar.
N.Ulliş
qeyd etmişdir ki, AzTU-nun İstilik və soyuqluq, habelə Daxiliyanma mühərrikləri,
avtotraktorlar, enerji təchizatı və elektrik izolyasiyası kafedralarının fəaliyyəti
Rostok Universitetinin təmsilçilərində
xoş təəssürat yaratmışdır. AzTU-nun müəllim
və tələbələri ilə söhbətdən
aydın olmuşdur ki, hər iki universitet arasında əməkdaşlıq
barədə müqavilə uğurla yerinə yetirilir. Tərəflər bu əlaqələrdən
razıdırlar. Ali məktəblərimiz arasında
qarşılıqlı fayda verən
əməkdaşlıq gələcəkdə daha da
genişləndirilə bilər. Biz ali məktəblərimiz arasındakı əməkdaşlıqla
bağlı layihəni bundan
sonra da dəstəkləyəcəyik.
AzərTAc
Azərbaycan.-2013.- 8 iyun.- S.9.