Latviyanın VL-TB/LNNK Partiyasının üzvü Ermənistanla bağlı bəyanat
yaymışdır
Latviya Respublikasının nüfuzlu VL-TB/LNNK Partiyasının parlamentdə təmsil olunan üzvü Romans Naudinş Ermənistanın işğalçılıq siyasətinə etiraz əlaməti olaraq bəyanatla çıxış etmişdir. Deputat demişdir ki, Azərbaycan torpaqları erməni işğalından azad olunmayana qədər onun üzv olduğu partiya Ermənistanla bağlı heç bir tədbirdə iştirak etməyəcəkdir.
Qeyd
edək ki, VL-TB/LNNK Partiyasının üzvləri Latviyada rəsmi
səfərdə olan Ermənistan parlamentinin sədri
O.Abramyanın şərəfinə təşkil olunan ziyafətdə
iştirakdan imtina etmişlər və bəyanat da bundan sonra
səslənmişdir.
Nigar CƏFƏRLİ,
AzərTAc-ın xüsusi müxbiri
Riqa
Azərbaycan.-2013.- 8 iyun.- S.11.