Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 4 iyun tarixli 105 nömrəli
qərarı ilə təsdiq edilmiş
"Azərbaycan Respublikasında gəmilərin dövlət
qeydiyyatına alınması Qaydaları"nda dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 102 Bakı şəhəri,
29 may 2013-cü il
"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 20 noyabr tarixli 470-IVQD nömrəli qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 19 dekabr tarixli 2616 nömrəli sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2010-cu il 4 iyun tarixli 105
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2010, ¹ 6, maddə 551) ilə təsdiq
edilmiş "Azərbaycan Respublikasında gəmilərin
dövlət qeydiyyatına alınması
Qaydaları"nın 2.8.13-cü yarımbəndində
"qəbz" sözü "sənəd" sözü
ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri
Azərbaycan.-2013.- 9 iyun.- S. 3.