Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 30 iyun tarixli 102 nömrəli qərarı ilə təsdiq edilmiş "Əcnəbilərə və vətəndaşlığı Olmayan şəxslərə Azərbaycan  Respublikasında müvəqqəti yaşamaq üçün icazənin verilməsi Qaydaları"nda dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 100                   Bakı şəhəri, 29 may 2013-cü il

 

 

 

"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 20 noyabr tarixli 470-IVQD nömrəli qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 19 dekabr tarixli 2616 nömrəli sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 30 iyun tarixli 102 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 6, maddə 501, ¹ 8, maddə 679) ilə təsdiq edilmiş "Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə  Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin verilməsi Qaydaları"nın 8-ci hissəsinin onuncu abzasında "qəbz" sözü "sənəd" sözü ilə əvəz edilsin.

 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.-2013.- 9 iyun.- S. 3.