Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2009-cu il 21 aprel
tarixli 66 nömrəli qərarı ilə təsdiq
edilmiş "Dövlət
baytarlıq nəzarətində olan məhsullara, o
cümlədən idxal və
ixrac edilən yüklərə
dövlət
baytarlıq nəzarətinin təşkili, idxal-ixrac edilən
heyvanların, heyvan mənşəli məhsulların və
xammalın baytarlıq
(baytarlıq-sanitariya) vəziyyətinin
yoxlanılması və müvafiq baytarlıq sənədinin
verilməsi, dövlət baytarlıq
nəzarətində olan
yüklərin Azərbaycan Respublikasına gətirilməsi və
ölkə daxilində daşınması Qaydaları"nda
dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 98 Bakı şəhəri,
29 may 2013-cü il
"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 20 noyabr tarixli 470-IVQD nömrəli qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 19 dekabr tarixli 2616 nömrəli sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2009-cu il 21 aprel tarixli 66
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2009, ¹ 4, maddə 283; 2010, ¹ 1, maddə 66) ilə
təsdiq edilmiş "Dövlət baytarlıq nəzarətində
olan məhsullara, o cümlədən idxal və ixrac edilən
yüklərə dövlət baytarlıq nəzarətinin təşkili,
idxal-ixrac edilən heyvanların, heyvan mənşəli məhsulların
və xammalın baytarlıq (baytarlıq-sanitariya) vəziyyətinin
yoxlanılması və müvafiq baytarlıq sənədinin
verilməsi, dövlət baytarlıq nəzarətində olan
yüklərin Azərbaycan Respublikasına gətirilməsi və
ölkə daxilində daşınması
Qaydaları"nın 5.4.1-ci yarımbəndində "qəbz"
sözü "sənəd" sözü ilə əvəz
edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2013.- 9 iyun.- S. 3.