"Yeyinti məhsullarına verilən uyğunluq, gigiyenik sertifikatlarının və baytarlıq şəhadətnaməsinin formasının və uyğunluq, gigiyenik sertifikatlarının  və baytarlıq şəhadətnaməsinin verilməsi qaydalarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 25 sentyabr tarixli 142 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 97                    Bakı şəhəri, 29 may 2013-cü il

 

 

 "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 20 noyabr tarixli 470-IVQD nömrəli qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 19 dekabr tarixli 2616 nömrəli sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Yeyinti məhsullarına verilən uyğunluq, gigiyenik sertifikatlarının və baytarlıq şəhadətnaməsinin formasının və uyğunluq, gigiyenik sertifikatlarının və baytarlıq şəhadətnaməsinin verilməsi qaydalarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 25 sentyabr tarixli 142 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 9, maddə 918; 2009, ¹ 1, maddələr 32, 34, ¹ 6, maddə 491; 2010, ¹ 12, maddə 1122) aşağıdakı dəyişikliklər edilsin:

1.1. həmin qərarla təsdiq edilmiş "Yeyinti məhsullarına uyğunluq sertifikatının verilməsi Qaydası"nın 2.1-ci bəndinin "a)" və "b)" yarımbəndlərinin müvafiq olaraq doqquzuncu və səkkizinci abzaslarında "qəbz" sözü "sənəd" sözü ilə əvəz edilsin;

1.2. həmin qərarla təsdiq edilmiş "Yeyinti məhsullarına gigiyenik sertifikatın verilməsi Qaydası"nın 2.2-ci bəndinin yeddinci abzasında "qəbz" sözü "sənəd" sözü ilə əvəz edilsin.

 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.-2013.- 9 iyun.- S. 3.