Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin rəisi Lənkəranda vətəndaşları
qəbul etmişdir
İyunun
8-də Azərbaycan Respublikasının Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant
Arzu Rəhimov Xidmətin Lənkəran rayon şöbəsinin
inzibati binasında Lənkəran, Lerik, Masallı,
Yardımlı, Cəlilabad, Biləsuvar, Neftçala və
Salyan rayonlarının sakinlərini qəbul etmişdir.
AzərTAc
xəbər verir ki, xidmətin müvafiq strukturları rəhbərlərinin
də iştirak etdikləri qəbulda vətəndaşların
müraciətlərində qaldırılan məsələlərin
qanunauyğun, dərhal və operativ şəkildə həll
edilməsi üçün əlaqədar qurumların rəhbərlərinə
müvafiq göstərişlər verilmişdir.
Vətəndaşların
müraciətləri əsasən hərbi xidmətə
çağırılan övladlarının hərbi hissələrdə
münasib şəraitlə təmin olunması, işə qəbul,
veteran adlarının verilməsi ilə bağlı
olmuşdur.
Gün
ərzində qəbul edilən vətəndaşların
müraciətlərinin böyük əksəriyyəti elə
yerindəcə həllini tapmışdır.
Qəbul
zamanı xidmətin səlahiyyətinə aid olmayan müraciətlər
isə müvafiq qurumlara çatdırılmaq
üçün qeydə alınmışdır.
Azərbaycan.-2013.- 9 iyun.- S. 4.