Tatsuya TOMO: Mən fotosintez sahəsində azərbaycanlı tədqiqatçılarla əməkdaşlıq etməyə hazıram

 

Cəlal Əliyev özünün çoxillik fəaliyyətində yetişmə prosesinin əsasları kimi  kompleks şəkildə fotosintez  tədqiqatları aparmış və dünya elminə əhəmiyyətli töhfə vermişdir. Bu tədqiqatların ərzaq təhlükəsizliyinin təmin olunması baxımından  qlobal əhəmiyyəti vardır. Azərbaycan alimləri ilə  birlikdə fotosintez sahəsində  tədqiqatlarda  iştirak etmək üçün iki il əvvəl  Bakıya gəlmişdim.

Bu sözləri  AzərTAc-a müsahibəsində  Tokio Elm Universitetinin tədqiqatçısı Tatsuya Tomo söyləmişdir.

Tatsuya Tomo demişdir ki, "Cəlal Əliyev: Davamlı inkişaf üçün fotosintez tədqiqatları - 2013" mövzusunda beynəlxalq konfransın yüksək səviyyədə təşkil edilməsi onda böyük təəssürat  oyatmışdır.

Bakı haqqında təəssüratlarını bölüşən  yaponiyalı alim  qeyd etmişdir ki, Bakıya ikinci dəfə səfər etməsinə baxmayaraq, Azərbaycanın paytaxtı  onun üçün doğma şəhərə çevrilmişdir.

 

Azərbaycan.-2013.- 9 iyun.- S. 5.